PREZİDENT İLHAM ƏLİYEV: “ŞUŞA ŞƏHƏRİNİ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN PAYTAXTI ELAN EDİRƏM » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



PREZİDENT İLHAM ƏLİYEV: “ŞUŞA ŞƏHƏRİNİ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN PAYTAXTI ELAN EDİRƏM

06.01.21. Oxunma sayı: 26 SƏRƏNCAMLAR, FƏRMANLAR
“Mən Şuşa şəhərini Azərbaycan mədəniyyətinin paytaxtı elan edirəm. Şuşa şəhəri buna layiqdir. Hesab edirəm ki, nəinki Azərbaycanın, bölgənin mədəni paytaxtı sayıla bilər”. Bu fikri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 5-də Anar Kərimovu mədəniyyət naziri təyin olunması ilə əlaqədar videoformatda qəbul edərkən ifadə edib. 
Şuşanın bərpası ilə əlaqədar işlərə artıq start verildiyini qeyd edən dövlətimizin başçısı vurğulayıb ki: “Yaşayış fondunun, tarixi abidələrin təftişi aparılmalı, vurulmuş ziyan dəqiq hesablanmalıdır və biz Şuşa şəhərinin restavrasiyasına başlamalıyıq. Ancaq yenə də vaxt itirmədən, ancaq, eyni zamanda, tələsmədən Şuşanın ilkin siması, tarixi siması bərpa edilməlidir”.
Prezident qeyd edib ki, Şuşada yerləşən məscidlərimiz də əsaslı şəkildə təmir edilməli və onların öz siması qaytarılmalıdır: “Ermənilər bizim 60-dan çox məscidi məhv ediblər. Ağdam məscidində donuz, inək saxlayırdılar. Bu yaxınlarda hansısa erməni jurnalist tərəfindən internetdə dərc edilən foto bütün Azərbaycan xalqını bir daha hiddətləndirdi. O fotoda Azərbaycan xalqının cəlladı, Ermənistanın keçmiş prezidenti Köçaryan zəbt edilmiş, işğal olunmuş Ağdam şəhərində bizim məscidimizin önündə öz əlaltıları, quldurları ilə dayanıb. Ağdam məscidinin üzərində isə təhqiredici yazılar görünür. Görün, kim rəhbərlik edib Ermənistana, hansı cəllad, hansı alçaq mənəviyyat sahibi?! Şəhəri dağıdıblar, məscidimizi təhqir ediblər. Məscidimizə inək, donuz doldurublar, məscidin divarlarına isə dinimiz haqqında, xalqımız haqqında təhqiramiz ifadələr yazıblar. Məscidi təhqir edən, məscidin üzərində təhqiramiz rəsmlər çəkdirən, sözlər yazan Köçaryan budur. Onun əlaltısı və quyruğu Sarkisyan, onlar dağıdıblar bizim şəhərlərimizi iyirmi il ərzində. Bizim şəhərlərimiz müharibə dövründə dağıdılmayıb. Müharibə dövründə şəhərləri belə dağıtmaq mümkün deyil. Müharibədən sonra işğal dövründə bütün binaları, bütün yaşayış yerlərini söküblər. Onlar vandallardır, barbarlardır. Amma iyirmi il Ermənistana rəhbərlik ediblər”, - deyə dövlət başçısı əlavə edib.
OXŞAR XƏBƏRLƏR:

05.01.21 2021-Cİ İL AZƏRBAYCANDA “NİZAMİ GƏNCƏVİ İLİ” ELAN EDİLİB
27.03.20 27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
31.01.20 ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVİN 150 İLLİK YUBİLEYİNİN QEYD EDİLMƏSİ HAQQINDA AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
28.12.19 AMEA-NIN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.12.19 İLHAM ƏLİYEV GERÇƏKLİYİ

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla