ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVƏ ÜNVANLANAN MƏKTUBLAR YENİ KİTABDA YER ALIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏBDÜRRƏHİM BƏY HAQVERDİYEVƏ ÜNVANLANAN MƏKTUBLAR YENİ KİTABDA YER ALIB

08.01.21. Oxunma sayı: 50 NƏŞRLƏR
Təhsilini bitirib Şuşaya qayıdan Əbdürrəhim bəy Haqverdiyev burada ilk hekayələrini yazmışdır. Daha sonra Cəlil Məmmədquluzadənin təklifi ilə “Molla Nəsrəddin” məcmuəsi üçün yazdığı hekayə və felyetonlar müxtəlif imzalarla dərc olunmuşdur.
Onun ictimai xadim kimi Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətləri olub. O, Tiflisdə, Peterburqda, Şuşada, eləcə də Bakıda fəal ictimai fəaliyyət göstərib. Belə ki, bir çox yerlərdə teatr truppaları yaradıb, konsertlər təşkil edib. “Leyli və Məcnun” operası birinci dəfə tamaşaya qoyulanda ilk Azərbaycan rejissoru kimi orkestri, xoru və tamaşanı idarə etmişdir.
Bu misralar ədibin 150 illik yubileyinin YUNESKO xətti ilə qeyd olunması qərarına uyğun olaraq Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin bir çox elm və təhsil ocaqlarında yazıçının yubiley tədbirlərinin keçirilməsi və nəşrlərin çap oluması ilə bağlı müvafiq sərəncamına əsasən işıq üzü görən “Əbdürrəhim bəy Haqverdiyev 150” kitabında əks olunub.
Yeni nəşrin müəllifi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri, Prezident təqaüdçüsü Sona Xəyal (Sonaxanım Hadiyeva), redaktoru və “Ön söz”ün müəllifi filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevadır.
Kitabın rəyçiləri institutun elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə, şöbə müdiri Qutiyera Cəfərovadır.
Sözügedən nəşrdə yazıçı haqqında dövri mətbuatda və toplularda dərc olunmuş, əsasən dramaturqun müasirlərinin, onu tanıyan, eləcə də dostluq əlaqəsi olan müəlliflərin yazıları, oxucuların marağına səbəb olacaq ədibin arxivinin izahlı təsviri, məktubları və digər maraqlı məlumatlar yer alır. Əbdürrəhim bəy Haqverdiyevin qələminin məhsulu olan Azərbaycan Türk teatrının müxtəsər tarixi ilə bağlı yazılar da transfoneliterasiya edilərək kitaba daxil olunub.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
01.02.19 NİZAMİ GƏNCƏVİNİN “LEYLİ VƏ MƏCNUN” POEMASI NƏFİS ŞƏKİLDƏ ÇAPDAN ÇIXIB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
01.05.18 MƏMMƏD ƏMİN RƏSULZADƏNİN MƏKTUBLARI İLK DƏFƏ İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla