AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT TELEVİZİYASININ “SƏHƏR ÇAĞI” VERİLİŞİNİN QONAĞI OLUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT TELEVİZİYASININ “SƏHƏR ÇAĞI” VERİLİŞİNİN QONAĞI OLUB

06.01.21. Oxunma sayı: 42 MEDİA / PUBLİSİSTİKA
2021-ci ilin ölkəmizdə “Nizami Gəncəvi İli” elan edilməsi ilə bağlı dövlət başçısının müvafiq sərəncamı dahi şairin ədəbi irsinin dərindən öyrənilməsi və dünyada geniş təbliği baxımından böyük əhəmiyyət kəsb edir. Bu haqda Mədəniyyət televiziyasının “Səhər çağı” verilişində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli ilə söhbət aparılıb.
Nizami Gəncəvinin bəşəriyyətin bədii fikir salnaməsində yeni səhifə açmış nadir şəxsiyyətlərdən olduğunu vurğulayan alim qeyd edib ki, 2020-ci ilin 8 noyabrında ölkəmizin ən gözəl şəhərlərindən olan Şuşanın işğaldan azad edilməsindən sonra Azərbaycan tarixinin post qələbə dövrü başladı. Artıq istər ədəbiyyat, istər mədəniyyət, istərsə də ictimai həyatımızda yeni eranın başlanğıcı qoyulur. Bu yeni baxış işığında dövlət başçısının 2021-ci ili Nizami Gəncəvi ili elan etməsi əlamətdar hadisədir. Tariximizin qızıl hərflərlə yazılan dövrünə Nizami kimi dahinin simvolik şəkildə yansıması Azərbaycan ədəbiyyatının, mədəniyyətinin qədimiliyi ilə yanaşı, bəşər ədəbiyyatı tarixinə dahilər bəxş etməsinin təzahürüdür. Eyni zamanda, xalqımızın dünya xalqları arasında yüksək mövqe tutmasından xəbər verir.
Akademik Teymur Kərimli qeyd edib ki, Azərbaycanda ümumiyyətlə yaradıcı şəxsiyyətlərin, Nizami kimi dahilərin yaradıcılığına dövlət səviyyəsində yüksək qiymət verilir. Alim vurğulayıb ki, Ümummilli lider Heydər Əliyevin Nizami Gəncəvinin sənətinə verdiyi dəyər onun irsinin öyrənilməsinə geniş imkanlar açaraq, dahi şairin irsinin dərindən öyrənilməsi, dünyada tanıdılması istiqamətində yeni dövrün əsasını qoydu. Ulu öndərin təşəbbüsü ilə 1979-cu ildə qəbul olunmuş “Azərbaycanın böyük şairi və mütəfəkkiri Nizami Gəncəvinin irsinin öyrənilməsini, nəşrini və təbliğini daha da yaxşılaşdırmaq tədbirləri haqqında” qərar Nizami yaradıcılığının tədqiqi və təbliği üçün yeni perspektivlər açdı.
Alim, həmçinin dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin elmi müəssisədə mühafizə olunan əlyazmalarından da söz açıb. Həmin verilişi buradan izləmək mümkündür.


OXŞAR XƏBƏRLƏR:

06.01.21 NİZAMİNİN ƏLYAZMALARININ TAPILMASINA ÇOX BÖYÜK DİQQƏT AYIRMALIYIQ
30.10.20 HANSI İLİMİZ QANSIZ OLUB Kİ?... (Məmməd Səid Ordubadinin “Qanlı sənələr” kitabını vərəqləyərkən)
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla