İNSTİTUTUN BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİNİN ONLAYN İCLASI KEÇİRİLİB » Əlyazmalar İnstitutu



İNSTİTUTUN BEYNƏLXALQ ƏLAQƏLƏR ŞÖBƏSİNİN ONLAYN İCLASI KEÇİRİLİB

05.01.21. Oxunma sayı: 104 TƏDBİRLƏR
4 yanvar 2021-ci il tarixində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin növbəti onlayn elmi iclası keçirilib. İclasın gündəliyində duran əsas məsələlər Beynəlxalq əlaqələr şöbəsinin 2021-ci ildəki elmi-fəaliyyət planının müzakirəsi, o cümlədən Qarabağ mədəniyyəti və tarixi ilə bağlı institutda saxlanılan əlyazmalar və onlar əsasında hazırlanmış elmi əsərlərin beynəlxalq ictimaiyyətə çatdırılması, Azərbaycan Respublikasının dövlət müstəqilliyinin 30 illiyi münasibətilə institutun bu dövrdəki beynəlxalq elmi-mədəni əlaqələrinin öyrənilməsi ilə bağlı fəaliyyət planının təsdiqi olub. İclas sədri, Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova çıxışında şöbə əməkdaşlarını əsas elmi fəaliyyət istiqamətləri ilə tanış edib, cari ildə yerinə yetiriləcək elmi-nəzəri və elmi-praktiki tədqiqatlarla bağlı məlumatlandırıb. Daha sonra şöbə əməkdaşlarının (filo.ü.f.d, dos. A.Nəcəfova, Ə.Hüseynova, S. Dadaşova, A. Atakişiyeva və s.) bu və digər məsələlərlə bağlı, o cümlədən İnstitutun daimi ekspozisiyasının təkmilləşdirilməsi ilə əlaqədar təklifləri dinlənilib. Yekunda müzakirələrdən çıxan nəticələr və təkliflər nəzərə alınmaqla şöbənin fəaliyyət planı əsasən təsdiqlənib.


OXŞAR XƏBƏRLƏR:

30.12.20 AMEA İCTİMAİ ELMLƏR BÖLMƏSİNİN HESABATI DİNLƏNİLİB
27.12.20 AMEA HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ONLAYN HESABAT İCLASI KEÇİRİLİB
02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
01.05.20 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ AMEA XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİNİN ONLAYN İCLASINDA İŞTİRAK EDİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla