“ŞƏXSİ ARXİVLƏR VƏ EPİSTOLYAR NÜMUNƏLƏR” KİTABI İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu



“ŞƏXSİ ARXİVLƏR VƏ EPİSTOLYAR NÜMUNƏLƏR” KİTABI İŞIQ ÜZÜ GÖRÜB

05.01.21. Oxunma sayı: 102 NƏŞRLƏR
Bu günlərdə “Şəxsi arxivlər və epistolyar nümunələr” kitabı işıq üzü görüb. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aytən Quliyevanın müəllifi olduğu nəşrin elmi redaktoru institutun şöbə müdiri, filologiya üzrə elmlər doktoru Nailə Səmədovadır.
“Ecoprint” nəşriyyatının mətbəəsində çap olunan kitabın rəyçiləri institutun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və elmi katibi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadədir.
Gənc alim tərəfindən Rəşid bəy Əfən­di­ye­v, Süleyman Sani Axun­do­v, Cəfər Cab­bar­lı­, Qulam Məm­mədli­, Salman Müm­ta­z və di­gər­ görkəmli şəxsiyyətlərin şəxsi arxivlərindəki mək­tub­la­r ilk dəfə olaraq tədqiqata cəlb olunur. Azər­bay­can ədiblərinin ədə­bi epis­tol­yar ir­si AMEA Mə­həm­məd Fü­zu­li adı­na Əl­yaz­ma­lar İns­ti­tu­tun­da mü­ha­fi­zə olu­nan konk­ret nü­mu­nə­lə­rə is­ti­nad edil­mək­lə araş­dı­rılır. Sözügedən monoqrafiyada ədə­bi epis­tol­yar ir­sin ədə­biy­yat və ic­ti­mai fi­kir ta­ri­xi­miz­də ye­ri və ro­lun­dan bəhs edil­ir.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
19.11.19 “MƏDƏNİ, TARİXİ DƏYƏRLƏR SİSTEMİNDƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ VƏ KİTABXANALAR” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB
18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla