MÜZƏFFƏR LİDER - ŞEİR » Əlyazmalar İnstitutu



MÜZƏFFƏR LİDER - ŞEİR

29.12.20. Oxunma sayı: 48 MEDİA / PUBLİSİSTİKA

"525-ci Qəzet"də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şanlı doğum gününə həsr etdiyi "Müzəffər lider" adlı şeiri dərc olunub. Şeiri tam şəkildə sizə təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin şanlı doğum gününə!


Gur alovla yanacaqdır gecə-gündüz şamımız,
Vətənə sayə salır hər nə qədər İLHAMımız!
Ana torpaq bala dərdilə yaman qəmgin idi;
Uzaq oldu qəmimiz, gəldi bizim bayramımız!

Ulu Tanrım, ONA yar ol, ODUR öz xalqına yar,
Belə bir RƏHBƏRƏ qurban necə getməz canımız?

Yumruğuyla belini qırdı o namərd yağının,
Kim deyirdi qalacaq yerdə bizim pak qanımız?!

Hələ bir böylə zəfər görməmiş idi Ana Yurd,
Neçə min böylə zəfər çalmağa var imkanımız!

ULU ÖNDƏR ocağından ucalıbdır bu alov,
Bu odun istisinə isdinirik biz hamımız!

Nə gözəl günlərə yetdin, şükür olsun, Teymur,
Sabahın eşqi ilə çox coşacaq ilhamımız!

Teymur KƏRİMLİ
AMEA-nın həqiqi üzvü



OXŞAR XƏBƏRLƏR:

22.12.20 "UNUTMAĞA ƏSAS YOX..." - TEYMUR KƏRİMLİ
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
14.09.20 C.MƏMMƏDQULUZADƏNİN NAMƏLUM MƏKTUBU HAQQINDA YAZI QƏLƏMƏ ALINIB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla