“ŞƏRQ TİBB TARİXİNƏ BİR NƏZƏR” KİTABI İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu



“ŞƏRQ TİBB TARİXİNƏ BİR NƏZƏR” KİTABI İŞIQ ÜZÜ GÖRÜB

08.12.20. Oxunma sayı: 146 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi, Azərbaycan Yazıçılar Birliyinin İrs Komissiyasının sədri, Prezident təqaüdçüsü Sona Xəyalın (Sonaxanım Hadiyeva) “Şərq tibb tarixinə bir nəzər” kitabı işıq üzü görüb.
Yeni nəşrin redaktoru və Ön sözün müəllifi tarix üzrə fəlsəfə doktoru Aynur Hacıqədirli, rəyçiləri tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə və tarix üzrə elmlər doktoru Böyükbəy Qasımovdur.
Şərq tibb aləminin bəzi nümayəndələri haqqında maraqlı məlumatların əks olunduğu kitab tibb tarixi ilə bağlı aparılan tədqiqat işinin bir fəsli kimi qələmə alınıb.
Azərbaycan, rus, ingilis və ərəb qaynaqlarına, tarixi mənbələrə istinad edilərək yazılan kitabda orta əsrlərin tibb elmində misilsiz xidmətləri olan alimlərin, həkimlərin adları, onların əsərlərinin qısa təsnifatı və izahı verilib. Azərbaycan tibb elminin görkəmli nümayəndələri, alim-təbiblərinin ərsəyə gətirdiyi əsərlər haqqında dəyərli məlumatlar əks olunub.
Məlum olduğu kimi, ümumdünya tibb elminin inkişafında Yaxın və Orta Şərqlə Bizans imperiyası arasındakı əlaqələr mühüm rol oynayıb. Bu faktlara əsaslanan müəllif təkcə Şərq dünyasına deyil, dünya tibb tarixinə də nəzər salaraq müqayisəli təhlillər aparıb.
Orta əsr tibb tarixində Osmanlı imperiyasının həkimləri də öz dəsti-xətti ilə seçiliblər. Müəllif bu istiqamətdə də araşdırmalar apararaq Osmanlı həkimlərinin əsərlərinə retrospektiv nəzər yetirib, eyni zamanda o dönəmdə inşa edilmiş şəfa evlərinin-xəstəxanaların fəaliyyəti ilə bağlı diqqətçəkən məlumatları təqdim edib.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
19.11.19 “MƏDƏNİ, TARİXİ DƏYƏRLƏR SİSTEMİNDƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ VƏ KİTABXANALAR” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB
29.06.18 İSLAM ƏQAİDİ VƏ DİNİ-FƏLSƏFİ ELMLƏR SIRASINDA ONUN YERİ
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla