İNSTİTUTUMUZUN ALİMİ V.MƏMMƏDƏLİYEVƏ HƏSR OLUNMUŞ KONFRANSA QATILIB » Əlyazmalar İnstitutu



İNSTİTUTUMUZUN ALİMİ V.MƏMMƏDƏLİYEVƏ HƏSR OLUNMUŞ KONFRANSA QATILIB

02.12.20. Oxunma sayı: 201 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şirinova Azərbaycan şərqşünaslığının ən görkəmli nümayəndələrindən biri, Əməkdar elm xadimi, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr olunmuş “Akademik Vasim Məmmədəliyevin ilahiyyat və şərqşünaslıq elmlərinə verdiyi töhfələr” mövzusunda Respublika elmi konfransında onlayn iştirak edib. Tədbir Azərbaycan Respublikası Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi və Azərbaycan İlahiyyat İnstitutunun birgə təşkilatçılığı ilə baş tutub. R.Şirinova konfransda “Əlyazma mətninin bir və ya bir neçə nüsxə əsasında tədqiqi” adlı məruzə ilə çıxış edib. Alim konfransın sertifikatına layiq görülüb.


OXŞAR XƏBƏRLƏR:

02.12.20 AMEA MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTUNUN 70 İLLİK YUBİLEYİ MÜNASİBƏTİLƏ ELMİ-NƏZƏRİ KONFRANS KEÇİRİLİB
01.05.20 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ AMEA XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİNİN ONLAYN İCLASINDA İŞTİRAK EDİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla