ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB

30.11.20. Oxunma sayı: 246 TƏDBİRLƏR
Özbəkistan Respublikasının Əlişir Nəvai adına Daşkənd Dövlət Özbək Dili və Ədəbiyyatı Universitetində "Mədəniyyətlərarası dialoqda Şərq dillərinin rolu" mövzusunda beynəlxalq onlayn elmi konfrans keçirilib.
Tədbirə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Təhsil şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva da qatılıb.
Alimin təqdim etdiyi “Taşlıcalı (Dukaqini) Yəhya bəyin “Gəncineyi-raz” əsəri ilə Əlişir Nəvainin “Heyrətül-əbrar” əsərində mövzu ortaqlığı” adlı məruzəsi böyük maraqla qarşılanıb.
Özbəkistan Respublikasının Ali və Orta İxtisas Təhsil Nazirliyinin dəstəyi ilə keçirilən tədbirin sonunda T.Seyfullayeva sertifikata layiq görülüb.
Qeyd edək ki, beynəlxalq elmi konfrans Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi (Özbəkistan), İran İslam Respublikasının Özbəkistandakı Səfirliyinin Mədəniyyət şöbəsi, Ər-Riyad "Elm - Təhsil Əlaqələri Mərkəzi" (Səudiyyə Ərəbistanı), AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutu, Əfqanıstanın Kabul Dövlət Universiteti və Daşkənd Dövlət Şərqşünaslıq Universitetinin təşkilatçılığı ilə baş tutub.

OXŞAR XƏBƏRLƏR:

01.05.20 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ AMEA XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİNİN ONLAYN İCLASINDA İŞTİRAK EDİB
21.02.20 AKADEMİK TEYMUR KƏRİMLİ “ƏLİŞİR NƏVAİ ƏDƏBİ VƏ ELMİ İRSİNİN ÖYRƏNİLMƏSİ” MÖVZUSUNDA BEYNƏLXALQ KONFRANSDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB
21.02.20 AKADEMİK TEYMUR KƏRİMLİ AMEA-DA ƏLİŞİR NƏVAİ ƏDƏBİYYATŞÜNASLIQ MƏRKƏZİNİN AÇILIŞINDA İŞTİRAK EDİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla