“AZƏRBAYCAN TARİXİNİN ZƏFƏR SALNAMƏSİ” KİTABI İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“AZƏRBAYCAN TARİXİNİN ZƏFƏR SALNAMƏSİ” KİTABI İŞIQ ÜZÜ GÖRÜB

25.11.20. Oxunma sayı: 190 NƏŞRLƏR
Dövlət başçımızla şanlı ordumuzun və xalqımızın sarsılmaz iradəsi, birliyi və qardaş Türkiyənin böyük mənəvi dəstəyi nəticəsində qısa müddətdə uzun illərdən bəri dondurulmuş Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın böyük qələbəsi ilə sona çatdırıldı. Azərbaycan Respublikası Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusunun 44 gün davam edən II Qarabağ savaşında qazandığı zəfər tariximizə qızıl hərflərlə yazıldı.
Bu gün bütün dünya erməni xislətinin, vandalizminin bariz nümunəsinin törətdiyi cinayət əməlləri, vəhşiliyinin şahidi oldu. Yerli media ilə yanaşı, müxtəlif ölkələrin nüfuzlu kütləvi informasiya vasitələrinin yayımladığı kadrlardan da göründüyü kimi, bir zamanlar qaynar həyatın hökm sürdüyü doğma torpaqlarımızda qurulub-yaradılan abad şəhər, kənd və qəsəbələrimizdən əsər-əlamət qalmayıb. Qeyd etdiyimiz məqamlar və digər bu qəbil məsələlər real faktlarla Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, I Qarabağ müharibəsinin iştirakçısı, yazıçı-publisist Şöhrət Səlimbəylinin “Azərbaycan tarixinin zəfər salnaməsi” kitabında əksini tapıb.
“Avropa” nəşriyyatında çap edilən yeni nəşrin redaktoru filologiya üzrə elmlər doktoru Raqub Kərimov, rəyçisi filologiya üzrə elmlər doktoru Paşa Kərimov, hərbi məsləhətçisi ehtiyatda olan zabit, II qrup müharibə əlili Füzuli Rzaquliyev, məsləhətçisı yazıçı-publisist Şamil Cəfərdir. Nəşrin elmi redaktoru və “Ön söz”ün müəllifi isə filologiya üzrə elmlər doktoru, professor Mahmud Allahmanlıdır.
Prezident İlham Əliyevin xarici televiziya kanalları və informasiya agentliklərinə verdiyi müsahibələrin geniş yer aldığı kitabda Azərbaycan torpaqlarında separatçı rejimin dinc əhaliyə qarşı törətdiyi amansız terrorların tarixən erməni siyasətçilərinin soyqırımı ideologiyasına əsaslanan məfhumların çağdaş mərhələlərdə ifadəsi olduğu qeyd olunur: “Böyük dəyərlərə, yüksək ideallara köklənmiş xalqımız haqq sözünü deyərək Azərbaycanın cahanşümul dövlət olduğunu bir daha ortaya qoydu. Qardaş Türkiyə və Azərbaycan insanlıq adına işlənən suçlara qarşı birgə mövqe nümayiş etdirir. İşğaldan azad edilmiş torpaqlarımızın mənzərəsinə baxdıqca adam heyrətə gəlir. Erməni vəhşiləri Qarabağın coğrafi ərazisini, etnik tərkibini, iqtisadiyyatını, sosial-mədəni dəyərlərini, tarixi-mədəniyyət abidələrini, florasını və faunasını dağıdıb, bölgəni bütövlükdə bir məzarlığa çevirib. Muzeylər, məscidlər, məktəblər, mədəniyyət mərkəzləri, hətta məzarlıqlar dağıdılıb.”
Yeni nəşrdə XII, XIV, XV, XVI əsrlərdə yaşamış xarici səyyahların, tacirlərin, diplomatların, coğrafiyaşünasların Azərbaycan haqqında fikirləri də əks olunub.
OXŞAR XƏBƏRLƏR:

05.08.20 NADİR ŞAH ƏFŞARIN AZƏRBAYCANIN XRİSTİAN ƏHALİSİ İLƏ MÜNASİBƏTLƏRİNƏ DAİR KİTAB NƏŞR OLUNUB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
11.03.19 ZEYNƏDDİN CÜRCANİNİN KİTABI RUS DİLİNƏ TƏRCÜMƏ OLUNUB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
01.05.18 MƏMMƏD ƏMİN RƏSULZADƏNİN MƏKTUBLARI İLK DƏFƏ İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla