DASTANIN YEGANƏ ƏLYAZMA NÜSXƏSİ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



DASTANIN YEGANƏ ƏLYAZMA NÜSXƏSİ

18.11.20. Oxunma sayı: 132 MEDİA / PUBLİSİSTİKA
"Qəşəm xan və Gülüstan xanım yazılı dastan abidəsi" kitabı haqqında düşüncələr

Əlyazmalar tarixi milli mədəniyyət problemlərinin öyrənilməsi baxımından böyük önəm daşıyır. Təbiidir ki, maddi-mənəvi dəyərlərin öz sahibinə qaytarılması, xalqın öz keçmişinə - vaxtilə mövcud olmuş və zəngin folklorundan unudulmuş yazılı nümunələrinə, ədəbi irsinə, tarixi abidələrinə sahib olması deməkdir.
Əlyazmaların əslində, cəmiyyətin həyat tərzi, adət ənənələri, istək-arzuları, maddi-mənəvi dəyərləri xalqın genetik milli mənsubiyyəti haqqında geniş məlumatlar verə bilməsi faktını da unutmamaq lazımdır.
Filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğlunun bu yaxınlarda işıq üzü görmüş "Qəşəm xan və Gülüstan xanım yazılı dastan abidəsi" (Elm və təhsil, 2020) adlı kitabı zənnimizcə, yuxarıda söylədiklərimiz baxımından böyük əhəmiyyət kəsb edir. Tədqiqatçının araşdırıb üzə çıxardığı "Qəşəm xan və Gülüstan xanım" dastanı əlyazmasının hal-hazırda mövcud olan yeganə nüsxəsi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnistutunun xəzinəsində saxlanılır.
Bu fikirlər AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun əməkdaşı, yazıçı-publisist Şöhrət Səlimbəyliyə məxsusdur. Müəllif "Qəşəm xan və Gülüstan xanım yazılı dastan abidəsi" kitabı haqqında düşüncələri ilə 525-ci qəzetin 17 noyabr 2020-ci il tarixində çap olunmuş sayında bölüşüb. “Dastanın yeganə əlyazma nüsxəsi” sərlövhəli məqalə ilə buradan tanış olmaq mümkündür.
OXŞAR XƏBƏRLƏR:

14.10.20 AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT TV-DƏ TARİXİ ƏSƏRLƏRİN VƏTƏNPƏRVƏRLİK HİSSİNƏ TƏSİRİNDƏN DANIŞIB
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
09.04.20 QORXU FEROMONLARI - TEYMUR KƏRİMLİ YAZIR....
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla