ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ BEYNƏLXALQ KONFRANSDA İŞTİRAK EDİB

17.11.20. Oxunma sayı: 94 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilova bu günlərdə Türkiyənin paytaxtı Ankarada “Beynəlxalq Türk mədəniyyəti və sənəti” mövzusunda keçirilmiş simpoziuma qatılıb. Onlayn şəkildə baş tutan tədbiri Etimesgut Bələdiyyə Başqanlığı təşkil edib.
Z.Əbilova simpoziumda “Azərbaycan ədəbiyyatında Kərbəla mövzusu: Əbdülkərim Ağa Badkubinin əsərləri əsasında” üzrə məruzə ilə çıxış edib. O, əvvəlcə XIX əsrdə Azərbaycanda doğulmuş, İranda və İraqda islam hüququ və nəzəriyyəsi üzrə geniş təhsil almış İslam alimi Badkubinin həyat və yaradıcılığı haqqında ətraflı məlumat verib. Daha sonra Z.Əbilova müxtəlif dini mövzulu 6 dəyərli əsər yazmış Badkubinin yaradıcılığında önəmli yer tutan Kərbəla mövzusu, eləcə də alimin Məhərrəm ayının ritualları haqqındakı görüşlərindən bəhs açıb, təhlillər aparıb.
Sonda alimimiz simpoziumun sertifikatına layiq görülüb.  


OXŞAR XƏBƏRLƏR:

23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
12.02.19 ELMİ ŞURADA PAŞA KƏRİMOVUN 60 İLLİK YUBİLEYİ QEYD OLUNUB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla