TƏFSİRŞÜNASLIĞA DƏYƏRLİ TÖHFƏ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 info@manuscript.az
AZ EN



TƏFSİRŞÜNASLIĞA DƏYƏRLİ TÖHFƏ

15.05.18. Oxunma sayı: 133 Nəşrlər
“Elm və təhsil” nəşriyyatı Şahlar Şərifovun “Məhəmmədhəsən Mövlazadə Şəkəvi və onun “Kitabül-bəyan  fit-təfsiril Quran” əsəri”ni çap edib. Kitab M.Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə çap edilib. Monoqrafiyada görkəmli Azərbaycan alimi Məhəmmədhəsən Mövlazadə Şəkəvinin mühiti, həyat və yaradıcılığı və adıçəkilən əsəri araşdırılıb. Onu da qeyd edək ki, Axund Məhəmmədhəsən İsmayıl oğlu Şəkəvinin  “Kitabül-bəyan  fit-təfsiril Quran” nə keçmiş Sovetlər Birliyində, nə də postsovet məkanında indiyədək araşdırılmayıb.  Bu mənada adıçəkilən monoqrafiyanı Şəkəvinin elmi irsinin öyrənilməsində ilk təşəbbüs kimi qiymətləndirmək olar.  
Monoqrafiya giriş, “Şeyxülislam Məhəmmədhəsən Mövlazadə Şəkəvinin mühiti, həyatı və fəaliyyəti, onun “Kitabül-bəyan  fit-təfsiril Quran” əsərinin təsfir elmində yeri” adlı iki fəsildən ibarətdir. Kitabın baş elmi məsləhətçisi t.ü.e.d., prof. Şeyxülislam Hacı Allahşükür Paşazadə, elmi redaktoru fil.ü.e.d., prof. Kamandar Şərifovdur. Əsərə fil.ü.e.d. Paşa Kərimov, t.ü.e.d., prof. Anar İskəndərli rəy vermişlər.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
04.04.18 Yusİf Günaydın. Fəxrəddİn Əlİ - 80
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla