VƏTƏN MÜHARİBƏSİNDƏ QAZANILAN QƏLƏBƏ TARİXİMİZİN ZƏFƏR SALNAMƏSİ, PARLAQ SƏHİFƏSİDİR » Əlyazmalar İnstitutu



VƏTƏN MÜHARİBƏSİNDƏ QAZANILAN QƏLƏBƏ TARİXİMİZİN ZƏFƏR SALNAMƏSİ, PARLAQ SƏHİFƏSİDİR

12.11.20. Oxunma sayı: 266 TƏDBİRLƏR

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu və Hüseyn Cavidin Ev Muzeyinin Azərbaycan ordusunun işğal altında olan torpaqlarımızın azad olunması uğrunda həyata keçirdiyi uğurlu hərbi əməliyyat nəticəsində əldə edilmiş Böyük Qələbəyə həsr olunan birgə tədbiri keçirilib. Tədbirdə AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli də iştirak edib.

Öncə Qarabağ müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. AMEA-nın birinci vitse-prezidenti, akademik İsa Həbibbəyli çıxışında bildirib ki, Respublika Prezidenti İlham Əliyev müstəqil Azərbaycan dövlətinə rəhbərlik etdiyi on yeddi ildən artıq dövrdə iqtisadi, hərbi və digər sahələrdə hərtərəfli inkişafa nail olaraq ölkəmizin beynəlxalq aləmdə nüfuzunun əhəmiyyətli dərəcədə artmasına səbəb olub. Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər ordumuzun möhtəşəm qələbəsi xalqın dövlətimizin başçısı və ordumuzla həmrəyliyinin bariz nəticəsidir. Alim qeyd edib ki, İkinci Qarabağ savaşının aparıldığı qırx dörd gün ərzində dünyanın müxtəlif informasiya kanallarına, informasiya agentliklərinə verdiyi müsahibələrdə Prezident Azərbaycanın tarixi reallığını, əzəli torpaqlarımız uğrunda ədalətli mübarizəsinin mahiyyətini böyük məharətlə dünya ictimaiyyətinə çatdıraraq informasiya müharibəsində də böyük uğura imza atdı. Dövlətimizin başçısının səmimi və qətiyyətli müraciətləri xalqımızın birlik, vətənpərvərlik və səfərbərlik hisslərini daha da artırdı. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın müharibədə yaralanan və Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müalicə olunan hərbçilərlə görüşünü xatırladan Akademik İsa Həbibbəyli  müharibə əlillərinə və şəhid ailələrinə göstərilən diqqət və qayğıdan bəhs edib. Alim, Vətən uğrunda gedən döyüşlərdə şəhidlərimizin qanının yerdə qalmadığını, düşmənə layiqli cavab verildiyini, Ali Baş Komandan İlham Əliyevin tarixdə Qalib Prezident kimi qalacağını ifadə edib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çıxışında Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi Qarabağ savaşı, Vətən müharibəsinin xalqımızın Böyük Qələbəsi ilə başa çatması münasibətilə iştirakçıları təbrik edib. Şuşanın işğaldan azad olunması münasibətilə dövlət başçımızın xalqa müraciətini xatırladan alim Prezident İlham Əliyevin çıxışında Ümummilli lider Heydər Əliyevin haqq mübarizəsini layiqincə davam etdirdiyini qeyd edib. Bildirib ki, Vətən müharibəsində qazanılan qələbə tariximizin zəfər salnaməsi, parlaq səhifəsidir. Akademik çıxışının sonunda qələbə münasibətilə qələmə aldığı “Vətən məğrur, mən məğrur” şeirini səsləndirib.

AMEA Hüseyn Cavid adına Ev Muzeyinin direktoru, filologiya elmləri doktoru Gülbəniz Babaxanlı çıxışında xalqımızın dövlət başçısı ətrafında birləşərək ordumuza dəstək, birlik nümayiş etdirməsindən qürur, fəxarət hissi duyduğunu bildirib. Alim müqəddəs torpaqlarımızın yağı düşmən işğalından azad olunması xəbərini eşidən böyükdən-kiçiyə hər kəsin gözündə sevinc və həmrəylikifadəsinin böyük qələbənin təcəssümü olduğunu qeyd edib.

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri doktoru Paşa Kərimov Qarabağ savaşında qazanılan şanlı qələbəmizin tarixə qızıl hərflərlə həkk olunacağını və xalqımızın yaddaşında silinməz iz buraxacağını ifadə edib.

Otuz ilə yaxın davam edən Qarabağ münaqişəsində ölkəmizin şanlı qələbəsimünasibətiylə tədbir iştirakçıları Ali Baş Komandanımıza, ordumuza minnətdarlığını bildirərək xalqımızı, dünya Azərbaycanlılarını təbrik edib, Allahdan şəhidlərimizə rəhmət, yaralılarımıza şəfa diləyiblər.



OXŞAR XƏBƏRLƏR:

05.03.20 ƏLYAZMALAR İNSTİTUTUN ALİMİ AMEA-nın FƏXRİ FƏRMANI İLƏ TƏLTİF OLUNUB
13.01.20 ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB
11.09.19 “AZƏRBAYCAN MULTİDİSSİPLİNAR ƏLYAZMASI: XƏZİNƏDƏN İNCİLƏR” ABŞ-IN KONQRES KİTABXANASININ FONDUNA DAXİL EDİLİB
02.05.19 ƏLYAZMALAR İNSTİTUTUNUN FƏALİYYƏTİ YÜKSƏK QİYMƏTLƏNDİRİLİB
08.12.18 AKADEMİK TEYMUR KƏRİMLİ ƏL-FƏRABİ ADINA QAZAXISTAN MİLLİ UNİVERSİTETİNİN YUBİLEY MEDALI İLƏ TƏLTİF OLUNUB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla