Bu günlərdə böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin “Topal Teymur” tarixi dramı ingilis dilində ayrıca kitab halında nəşr olunub. Azərbaycan Milli Elmlər Akademiyası Hüseyn Cavidin Ev Muzeyinin nəşrə hazırladığı əsəri ingilis dilinə tərcümə və redaktə edənlərdən biri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanovadır. Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan və dünya ədəbiyyatı kafedrasının baş müəllimi, filologiya üzrə fəlsəfə doktoru, dosent Məlahət Babayeva ilə birgə ingilis dilinə tərcümə edilən bu tarixi dramda Hüseyn Cavidin əsas qayəsimüsbət planda verilmiş Teymur obrazını XX yüzilliyin türk hökmdarlarına bir örnək kimi təqdim etmək, tarixi faciələrdən ibrət alaraq, qardaş çəkişmələrini qardaş bərkişmələri ilə əvəz etmək, bununla da türk etnosunun qlobal səviyyədə nüfuz və hörmətini artırmaqdan ibarət olmuşdur.
Qeyd edək ki, qələmə alınmasının 95-ci ildönümü münasibətilə işıq üzü görmüş kitabın “Ön söz” və ideya müəllifi dahi şairin ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.
OXŞAR XƏBƏRLƏR:
AZƏRBAYCAN ƏDƏBİYYATININ BEYNƏLXALQ TƏBLİĞİNƏ ƏLYAZMALAR İNSTİTUTUNUN TÖHFƏSİ
02.11.20. Oxunma sayı: 169 NƏŞRLƏR
Qeyd edək ki, qələmə alınmasının 95-ci ildönümü münasibətilə işıq üzü görmüş kitabın “Ön söz” və ideya müəllifi dahi şairin ev muzeyinin direktoru, Əməkdar mədəniyyət işçisi, filologiya üzrə elmlər doktoru Gülbəniz Babaxanlıdır.
27.12.19
NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
18.06.19
Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
21.12.18
FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18
ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18
KİTABXANA ETİKASI HAQQINDA KİTAB