ƏLYAZMALAR İNSTİTUTUNDA “AĞLAYA AĞLAYA GÜLƏN ŞAİRLƏR” KİTABI ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNDA “AĞLAYA AĞLAYA GÜLƏN ŞAİRLƏR” KİTABI ÇAPDAN ÇIXIB

02.11.20. Oxunma sayı: 139 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovun tərtibçiliyi ilə çap olunan kitab görkəmli əlyazmaşünas alim Məmmədağa Sultanovun (1910-1991) 110 illiyinə ithaf olunub. Qeyd edək ki, M.Sultanov bu toplunun həm təşəbbüskarı, eyni zamanda redaktoru olub. Kitabda yer alan mətnlərin transfoneliterasiyası Əkrəm Bağırov, Mahirə Quliyeva, Arif Ramazanov, Fərrux Fərmanov və Nazim Rizvana aiddir.
Kitaba Sovetlər dönəmində mərsiyə şairləri kimi təqdim olunan və tədqiqatlardan kənarda qalmış XIX əsr Azərbaycan müəlliflərinin (Dəxil, Qumri, Raci, Sərraf, Şükuhi, Şüai, Nəbati, Fəqir, Dilsuz, Aciz, Pürqəm, Rayiz) əsərlərindən nümunələr daxil edilib.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
31.10.18 XVI ƏSR AZƏRBAYCAN ŞAİRİ “RUHİ BAĞDADİ” HAQQINDA TƏDQİQAT ƏSƏRİ ÇAPDAN ÇIXIB
04.10.18 FATİMEYİ-ZƏHRAYA HƏSR OLUNMUŞ TƏDQİQAT İŞİ İŞIQ ÜZÜ GÖRÜB
16.07.18 XIX ƏSR QARABAĞ ƏDƏBİ MÜHİTİNİN AYNASI OLAN “TƏZKİREYI-NƏVVAB” YENİDƏN NƏŞR OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla