NOVBƏRİNİN “SEÇMƏ ŞEİRLƏR”İ OXUCULARIN İXTİYARINA VERİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 info@manuscript.az
AZ EN



NOVBƏRİNİN “SEÇMƏ ŞEİRLƏR”İ OXUCULARIN İXTİYARINA VERİLİB

15.05.18. Oxunma sayı: 140 Nəşrlər
Bu günlərdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitunun Elmi Şurasının qərarı ilə Novbərinin (Kərbəlayi Qara Məşhədi Süleyman oğlu Əliyev) “Seçmə şeirlər” adlı kitabı işıq üzü görmüşdür. Kitabı fil.ü.f.d. Sevər Cabbarlı tərtib edərək nəşrə hazırlamış və ona geniş ön söz yazmışdır. 
Novbəri XX əsrdə dahi Füzulinin yaradıcılıq yolunu davam edirən ən istedadlı şairlərdən biridir. Ömrü boyu Füzuli cazibəsindən çıxa bilməyən Novbəri böyük eşq şairinin “Divanı”ndakı bütün qəzəzəllərə müxəmməs yazmışdır. Kitabda şairin mənzumələri, mənzum məktubları, növhə, qəzəl və təxmisləri toplanmışdır.
Kitabın elmi redaktoru akademik Möhsün Nağısoyludur. 

скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
13.03.18 “MUXTARNAMƏ” İŞIQ ÜZÜ GÖRMÜŞDÜR
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
02.02.18 SEYYİD ZƏRGƏRİN “MİZANÜL-ƏDALƏT” ADLI KİTABI NƏŞR OLUNUB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla