AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT TV-DƏ ƏDƏBİYYAT-MÜHARİBƏ MƏSƏLƏLƏRİNDƏN DANIŞIB » Əlyazmalar İnstitutu



AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT TV-DƏ ƏDƏBİYYAT-MÜHARİBƏ MƏSƏLƏLƏRİNDƏN DANIŞIB

26.10.20. Oxunma sayı: 226 MEDİA / PUBLİSİSTİKA
Oktyabrın 25-də AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli Mədəniyyət telekanalında yayımlanan “Körpü” verilişinin qonağı olub. T.Kərimli və digər qonaqlar veriliş boyu ədəbiyyat və müharibə mövzusunda söhbət aparıblar.
Teymur Kərimli xeyir və şər qüvvələrin, o cümlədən onların arasında aparılan müharibələrin hər zaman ədəbiyyatda əks olunduğunu söyləyib. Azərbaycan xalqının ta qədim zamanlardan əzmkar olduğunu, ədalətsiz savaşa heç vaxt qol qoymadığını, ilk yazılı abidəmiz olan “Kitabi-Dədə Qorqud”da da ədalətli müharibənin başlıca motiv olduğunu diqqətə çatdırıb. Hazırki dövrdə Azərbaycanın öz əraziləri uğrunda ədalətli müharibə apardığını vurğulayan akademik xəstə ruhlu, insanlıq xüsusiyyətlərindən uzaq namərd düşmənin xislətini XIII əsrə aid məşhur “Dastani-Əhməd Hərami” abidəsindən nümunə gətirdiyi “Səfa xatirlər içində kin olmaz, Kin olduğu ürəklərdə din olmaz” misralarla ifşa edib. Akademik qeyd edib ki, tarix boyu Şərqlə Qərbin canlı körpüsü olan Azərbaycan mənfur qonşularımızın tam əksinə olaraq, dünyaya açıq, geosiyasi cəhətdən qlobal əhəmiyyətə malik bir ölkədir və bugünkü mübarizəmiz onu göstərir ki, Azərbaycanın öz haqqına qovuşacağı gün uzaqda deyil.
Sonda Teymur Kərimli Qarabağ müharibəsinin ədəbiyyatda buraxacağı izləri nikbin dəyərləndirib: “Bu gün xalqımızın birliyi, əsgərlərimizin rəşadəti, Ali Baş Komandanımızın igidliyi, cəsarəti onu göstərir ki, bizim ədəbiyyatımız bu müharibəyə qədərki dövrdə öz missiyasın yerinə yetirib; müharibədən sonrakı ədəbiyyat da xalqımızın, gənclərimizin vətənpərvərlik ruhunda, yüksək ədalət və yüksək kamillik ruhunda tərbiyə olunması, böyüməsi üçün bütün dünya xalqları qarşısında ləyaqətli sözünü demək məqsədilə öz boynuna düşən missiyanı yerinə yetirəcəkdir.”


OXŞAR XƏBƏRLƏR:

14.10.20 AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT TV-DƏ TARİXİ ƏSƏRLƏRİN VƏTƏNPƏRVƏRLİK HİSSİNƏ TƏSİRİNDƏN DANIŞIB
07.10.20 SƏRKƏRDƏ İGİD OLSA!
24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla