ALİMLƏRİMİZ BUDAPEŞTDƏ BEYNƏLXALQ KONFRANSA QATILIBLAR » Əlyazmalar İnstitutu



ALİMLƏRİMİZ BUDAPEŞTDƏ BEYNƏLXALQ KONFRANSA QATILIBLAR

13.10.20. Oxunma sayı: 349 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri – Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilova və Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şirinova 23-25 sentyabr tarixlərində Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilmiş Sosial elmlər üzrə VII beynəlxalq konfransda onlayn surətdə iştirak ediblər. Bu günlərdə adıgedən konfransın materialları toplu halında nəşr olunub.
Z.Əbilovanın topluda yer alan ““əl-Mufaddaliyyat” klassik ərəb poeziyasının ilk antologiyası kimi” adlı məqaləsi VIII əsr ərəb dilçisi əl-Mufaddal əd-Dabbinin müəllifi olduğu antologiya haqqındadır. Məqalədə əd-Dabbinin həyat və yaradıcılığı, 67 şairə məxsus 127 qəsidənin yer aldığı antologiyanın tarixi, elmi əhəmiyyəti, antologiyaya yazılmış şərhlər və onların nüsxələrindən bəhs olunub.
Rübabə Şirinovanın müəllifi olduğu məqalə ““Ədəb əl-bəhs” əsəri və ona yazılan şərhlər” adlanır. Məqalənin mövzusu orta əsrlərdə yaşamış Əhməd əl-İci əş-Şirazinin polemikanın aparılması üsullarına həsr etdiyi məşhur “Ədəb əl-bəhs” əsəridir. Məqalədə əsərin dünya kitabxanalarında, o cümlədən Əlyazmalar İnstitutunda saxlanılan nüsxələri haqqında, onlara şərhlər, haşiyələr yazmış bir çox müəlliflərin həyat və yaradıcılıqları barədə ətraflı söhbət açılıb.



OXŞAR XƏBƏRLƏR:

26.04.20 ƏLYAZMALAR İNSTİTUTUNUN ELMİ ŞURASININ ONLAYN İCLASI KEÇİRİLİB
21.02.20 ƏLYAZMALAR İNSTİTUTUNDA “NƏSİMİDƏN NƏSİMLƏR”KİTABININ TƏQDİMATI KEÇİRİLİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla