ZƏMANƏMİZƏ QƏDƏR DAVAM ETMİŞDİR » Əlyazmalar İnstitutu



ZƏMANƏMİZƏ QƏDƏR DAVAM ETMİŞDİR

22.10.20. Oxunma sayı: 266 MEDİA / PUBLİSİSTİKA
Bu sözlər, erməni keşişi Ter-Yegişe Kiğamyansın etirafı, “Erməni hərəkətinin tarixçəsi” adlı kitabındandır.
Mirzə Fətəli İsmixanovun tərcüməsində 1917-ci ildə Bakıda nəşr olunmuş kitabda Azərbaycan, Türkiyə və digər ərazilərə iddiaların tarixi kökləri erməni müəllifinin dilindən açıqlanmışdır. Müəllif yazır: “Missionerlər Avropadan göndərilmiş pullarla İran Ermənistanında məccani xəstəxanalar və məktəblər açıb, mətbəələr yapıb, dini kitablar basıb nəşr etdilər. “Loto” oyununuicad və onun vasitəsilə öz oyundaşlarına dini məsələlər öyrədib, gizli təşkilat qurmaqla avam və ruhanilərdən bir çoxu nüfuzları altına cəlblə məqsudlarına çatmaq istəyirdilər. Məqsədləri isə Şərq xristianlarını, o cümlədən erməniləri Papanın nüfuzuna almaq və onunla Avropa dövlətlərinin əllərini islam məmləkətlərinin qəlbgahına uzandırmaq idi. Eyni zamanda erməni qriqorian xalqının katolik kilsəsinə təbəəyəti kibi dini bir məqsəd dəxi görülürdü. Bu sürətlə missionerlər hər sinifdən kəndilərinə tərəfdar bulur və onları müsəlman əsarətindən qurtarmaq idealını bəsləyirdilər (5, 4).
Kitabda Kilikiya ermənilərinin Papaya təbəəyətlə Avropa dövlətlərindən birisinin ziri-cümləsinə girmək fikrinə düşdükləri göstərilmişdir”.
Erməni müəllifinin 1917-ci ildə yazdığı fikirlərə diqqət yetirək: “...Ori öz məqsədinə yetməzdən qabaq öldüsə də, onun qaldırdığı məsələ getdikcə daha da sürətlənərəkzəmanəmizədək davam etmişdir”.
İllər keçdikcə tarixin atası Herodotun köçəri adlandırdığı erməni tayfaları dünyanın hər yerində özlərinə vətən yaratmaq xülyası ilə yaşamağa başlamışlar. Onların bu xülyalarından daha çox əziyyət çəkən türk xalqları, müsəlmanlar, xüsusənazərbaycanlılaroldular.
Ermənilər siyasi, diplomatik yolla nail ola bilmədiklərinitəcavüzlə həyata keçirməyə başladıqda müsəlmanları soyqırıma məruz qoydular.
Görkəmli mənbəşünas alim, müasirimiz Anar İsgəndərovun “Erməni tarixçiləri də etiraf etmişlər ki, onlar Cənubi Qafqaza gəlmədirlər” adlı müsahibəsi mənbələrə istinadən, faktlarla səslənmişdir (3). Müəllif yazır: “Narahatçılıq doğuranodurki, işğalçı siyasət həyata keçirən bu qüvvələr böyük dövlətlər tərəfindən müdafiəolunurlar” (3). Elə erməni keşişinin də yazdığı buna sübutdur və narahat olmağa əsas verir: “Missionerlər Avropadan göndərilmiş pullarla...”.
XX əsrin əvvəllərində erməni qəsbkarlarından bəhs edən digər mənbə Qafqazda Qacar dövlətinin konsulluğunun mütərcimi kimi çalışmış Mirzə İsmayıl xan İbrahimzadə Təbrizinin 1907-ci ildə Bakıda nəşr olunmuş “Yadigar” əsəridir ki, Azərbaycanda 1905-1907-ci illərdə baş vermiş siyasi hadisələrin mənzərəsini verir (2). Əsərdəki “İrandan Qafqaz ermənilərinə” adlı müraciətdə əsrin əvvələrində baş vermiş qırğınlardan, ermənilərin Qarabağda, Bakıda və digər yerlərdə törətdikləri soyqırımlardan bəhs olunur. Bu gün də davam edən erməni təcavüzündən bəhs edən həmin yazı öz aktuallığını saxlayır.
Məqalədə deyilir:
“Teleqraf və bəəd qəzetlər Qarabağ erməni və müsəlmanlarının arasında yenidən zühr etmiş müharibənin təfsilini İrana yetişdirdilər. Böylə bir qəmfəza və vəhşətəngiz əhvalı oxuduqda qocanın və cavanın ürəyindən bir ahi-cigərsuz təzədən bülənd oldu. Bakıda erməni-müsəlman arasında fevral ayında vaqe olan bəladan indiyə qədər iyirmi ay keçir və bu tulanı müddətdə bu mərəzi-səbüləlac hər vaxt Zaqafqaziyanın bir şəhərinə sirayət edib, o biri şəhərinə keçibdir və bəzi şəhərlərdə təkrarən vüqu bulur. Sülh və Səlah komisyonları bu qırğın mərəzini tədavi (müalicə - T.H.) etməkdən aciz qalmaqlarından böylə görünür ki, bu mərəz artıq şiddətli bəladır. Binaənileyh, ehtimal var ki, sərhəddə karantindən də keçib cənubi şəhərlərin erməni və müsəlmanları arasında dəxi sirayət edə bilər. Demək olur ki, hətta bizim vətəni-əzizimizə dəxi keçmək əlamətləri görünməkdədir..
Bu iki bədbəxt millət iştə iyirmi aydır ki, bicəhət, bisəbəb bir-birilərini vəhşikaranə bir tərz ilə öldürüb-qırmaqdadır. Bütün Zaqafqaziya ölənlərin qanı, anaların və bacıların əşki içində qərq olubdur. Bu iki millətin böyükləri və rəisləri öz millətlərinə nəsihət eləmək və ədavət tozunu silmək və bu qırğına bir xitam çəkmək əvəzinə bəziləri (erməni rəisləri kimi) milləti daha da iqva (azdırmaq – T.H.) və iğfal (aldatmaq – T.H.) ediyorlar və bəziləri heç bir əlac aramayıb, tən qəzaya verirlər. Və buna görə düşmənçilik odu alovlanıb hər yerə yayılır.
Bu odda yanıb Qafqaz müsəlmanları içində qürbətdə həsrətlə çörək qazanan əlsiz-ayaqsız İran camaatı (azərbaycanlılar – T.H.) dəxi yanmaqdadır və əhli-əyalı üçün cəm etdiyi əşya tələf olmaqdadır. Yerdə qalan iranlılar isə bihəmeçiz vətənə övdət edib, qardaşlarının nahaq yerə qurbani-hiylə və təzvir olduqlarını qanlı yaş ilə xəbər verirlər və hamının qəlbini dağdar edirlər.
İranlılar məmurini-dövlət və rişsefidlər (ağsaqqallar – T.H.) vasitəsilə iranlıları öldürmək səbəbini ermənilərdən neçə dəfələrlə xəbər aldılar. Ermənilər dedilər ki, iranlılar ilə heç bir işimiz yoxdur. Bizim xüsusiyyətimiz fəqət Qafqaz müsəlmanları ilədir və burada iranlılar səhvən öldürülübdülər”. Bunu deyib ermənilər üzr istədilər və izhari-dilsuzi etdilər.
İranlılar ermənilərin bu sözlərinə bu cavabı verdilər ki, onlardan ötəri Qafqaz müsəlmanları ilə iranlılar arasında heç bir fərq yoxdur: “biz hamımız bir milləti-vahidik”. Onlar səbr edib, sükut ixtiyar etdilər, lakin Bakı müharibəsindən sonra sair şəhərlərdə başlanan davalardan açıqca məlum oldu ki, ermənilərdən ötəri iranlı və qafqazlı birdir; təki öldürdükləri müsəlman olsun və hesabından məlum oldu ki, Qafqazda öldürülən iranlıların ədədi yerli müsəlmanlarınkindən artıqdır.
Məsələn, Tiflisdə və Bakıda öldürülənlərin hamısı yalnız bir İran müsəlmanlarından ibarət idi. Çünki bunlar yaraqsız və ehtiyatsız olduğuna görə xain düşmənin əlinə tez-tez düşürdülər...
Şimdi qoy Qafqaz erməniləri bilsinlər ki, daha bundan sonra biz iranlılar onların hiyləli və namərd sözlərinə bavər etməyəcəyiz və qardaşlarımızın da gözləri qanlı yaş ilə vətənimizə övdət etməyinə səbr etməyəcəyiz. Biz razı ola bilmərik ki, erməni əlində bizim qövm və qardaşlarımız əbəs yerə qürbətdə can qoysunlar!
Əlan erməni hiyləsi və doruyəliyi bizə öylə əyan və aşkardır ki, biz bundan sonra onların təməllügünü (yaltaqlığını – T.H.) və namərdlərə mənsub gülüşlərini qəbul etməyəcəyiz. Bizlər müsəlmanız, bizlərdə rəhm çoxdur. Lakin bizim bədənimizdə islam qanı hərəkət etməkdədir və namərdlərlə bundan sonra əda (düşmənçilik – T.H.) etməyə naçar və məcbur olacağız.
Bu sözlər hədə və qorxu deyildir! Bu xəbərdarlıqdır ki, biz bir nəcib və mərd bir islam ünsürü olduğumuza görə qabaqca aşkar etməyi özümüzə qərz (borc – T.H.) bilirik.
Qoy “Mşak” və “Altik” adlanan erməni qəzetləri bu sözləri “İrşad”dan tərcümə edib, bütün Qafqaz ermənilərinə bildirsinlər. Vəssalam! (2)
Bu müraciətdə şimalı-cənublu Azərbaycan əhalisinin baş verən hadisələrdə, ümumi düşmənə qarşı mübarizədə həmrəyliyi ifadə olunmuşdur.
Azərbaycanlılara qarşı erməni kini, riyakarlığı, millətimizin görkəmli şəxsiyyətlərinin həyatı bahasına nəticələnən hadisələr, tarix səhifələrində qalmaqdadır və bunlar qələmə alınmışdır. XIX əsrdə baş vermiş hadisələrin davası isə bildiyimiz kimi XX əsrin 37-ci illərində davam etmişdir və bu gün də davam edir...
XIX əsr Qacarlar dövrünün hakimiyyəti dövrünün görkəmli ictimai-siyasi xadimi, əslən İrəvanlı olan Mirzə Rza xan Təbrizi (1853-1937) Tiflis, Peterburq, İsveç, Bombey və digər şəhərlərdə diplomatik missiyasını yerinə yetirmiş, Osmanlı, Rusiya, İtaliya, Fransa, Belçika, İspaniya, Rumıniya, İsveç dövlətlərinin, Buxara Əmirliyinin və digər dövlətlərin orden və nişanlarını almış, yüksək titullara sahib olmuşdur. Müsəlmanlığı qəbul etmiş erməni mənşəli diplomat Mirzə Mülküm xan Tiflisdə Qacar dövlətinin səfirliyinin müşaviri kimi çalışdığı zaman burada Baş konsulun 1-ci müavini Mirzə Rza xanla tanış olmuşdur. Mirzə Rza xana qısqanclıqla yanaşan Mirzə Mülküm xan ona yazdığı məktubda demişdir: “Siz böyük və zəngin biliyə, məlumata maliksiniz və Avropada tanınırsınız. Ona görə də “Daneş” ləqəbini seçsəniz, bu, çox yaxşıdır. Mən bundan sonra sizə məktub yazanda “Mirzə Rza xan Daneş” yazacağam”. Bu barədə “Tarixi-ricali-İran” əsərində məlumat verən Mehdi Bamdad isə bunu ciddi hesab etmir və yazır: “Belə görünür ki, Mirzə Mülküm xan onu ələ salmışdır” (1. c. 1, 508).
Yəqin ki, Mehdi Bamdad Mirzə Mülküm xanın iç dünyasını yaxşı və aydın görürmüş! Hər halda Mirzə Mülküm xan belə bir fikirdə olsa da, onun dedikləri həqiqətdir. Mirzə Rza xan dövrünün çox zəkalı şəxsiyyəti olmuşdur.
Nəsrəddin şah Qacar dövrünün tanınmış tarixçi-coğrafiyaşünas alimi marağalı Məhəmmədhəsən xan da vermənin qəzəbinə tuş gəlmiş, baş nazir, mənşəcə Səlmas ermənilərindən olanƏminüssultan tərəfindən zəhərlənib, qətlə yetirilmişdir.
Əsərində Azərbaycanın e.ə. müstəqil şahlığa malik olduğunu ilk dəfə qələmə almış, dünyanın bir çox elmi cəmiyyətlərinin üzvü seçilmiş Məhəmmədhəsən xan Etimadüssəltənə “Xabnamə, ya yek pərde əz əsrare-enhetate-İran” (Yuxu kitabı, yaxud İranın tənəzzül etməsi sirlərindən bir pərdə) adlı dastanvari əsərində 11-ci baş nazir Mirzə Ələsgər xan Əminussultanın babasının Səlmaz ermənisi Zal olduğunu bildirmiş və Ağa Məhəmməd şah Qacarın dilindən “İranın üzünə səadət qapılarını bağlayan, bu çətinliklərin baisi və bədbəxtçiliyin səbəbkarı on birinci stulda əyləşəndir” deyə bildirmişdir. Əsər siyasi məzmununa görə gizli qalmış, yalnız 1945-ci ildə nəşr olunmuşdur.
Əsərdə Əminüssultan Etimadüssəltənənin qatı düşməni olduğunu, onu fürsət düşərsə, əqrəb kimi ayağının altında əzmək, yox etmək istədiyini söyləyir. O deyir: “Əlahəzrət Nəsrəddin şah ona məhəbbət etsə, mane olacağam”.
Erməni mənşəli Əminüssultanın Etimadüssəltənəni zəhərləyib öldürdüyü mənbələrdən məlumdur. Nəsrəddin şah görkəmli alimi özünün Baş naziri təyin etmək fikrində olmuşdur və bundan xəbər tutan Əminüssultan öz xain əlini tarixçi-coğrafiyaşünas alimə uzatmışdır.
Tolerantlığa sadiq qalan və onu bütün zamanlarda qoruyub saxlayan Azərbaycan bu gün də torpaqlarının işğaldan azad edilməsi, qaçqınların öz ocaqlarına qayıtması üçün siyasi, diplomatik kanallardan istifadə edir, mübarizəsini sivil yolla davam etdirir.

Ədəbiyyat:
  1. Bamdad M. Tarixi-ricalı-İran. c.1. Tehran, 1966, səh.508
  2. “525-ci qəzet”. 15 may 2014-cü il.
  3. “Ədəbiyyat” qəzeti. 16 noyabr 2012-ci il.
  4. Xan Məlik Sasan Siyasətgəranı-dövreyi-Qacar. s.2. Tehran, 13461967.
  5. “Ter Yeğişe Kiğamyans. Erməni hərəkətinin tarixçəsi”. Tərcümə edən: Mirzə Fətəli İsmixanov. Bakı. 1917. səh.4
Tahirə Həsənzadə,
tarix üzrə elmlər doktoru,
baş elmi işçi
AMEA Məhəmməd Füzuliadına Əlyazmalar İnstitutu

“Kredo” qəzeti
15 oktyabr, 2020
OXŞAR XƏBƏRLƏR:

24.09.20 ƏLYAZMALAR İNSTİTUTUN YUBİLEYİNƏ HƏSR OLUNMUŞ MƏQALƏ İŞIQ ÜZÜ GÖRÜB
14.09.20 C.MƏMMƏDQULUZADƏNİN NAMƏLUM MƏKTUBU HAQQINDA YAZI QƏLƏMƏ ALINIB
24.07.20 KLASSİK ƏDƏBİYYATŞÜNASLIĞIMIZIN KORİFEYİ - TEYMUR KƏRİMLİNİN YAZISI
09.04.20 QORXU FEROMONLARI - TEYMUR KƏRİMLİ YAZIR....
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla