ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİNİN MƏQALƏSİ BEYNƏLXALQ ELMİ KONFRANS MATERİALLARINDA DƏRC OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİNİN MƏQALƏSİ BEYNƏLXALQ ELMİ KONFRANS MATERİALLARINDA DƏRC OLUNUB

12.10.20. Oxunma sayı: 54 NƏŞRLƏR
Ötən il Naxçıvanda “Görkəmli Azərbaycan mütəfəkkiri Nemətullah Naxçıvani” mövzusunda keçirilmiş beynəlxalq konfransın materialları çapdan çıxıb. Konfransda iştirak edən AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şirinovanın məruzə etdiyi “Nemətullah Naxçıvaninin əsərləri dünya kitabxanalarında” adlı məqaləsi topluda yer alıb. Məqalədə XV əsrdə yaşamış Yaxın və Orta Şərqin görkəmli mütəfəkkiri, təsəvvüf şeyxi olmuş Nemətullah Naxçıvaninin Türkiyənin və İranın dünya şöhrətli kitabxanalarında qorunub saxlanan əlyazmaları haqqında məlumat verilib.
OXŞAR XƏBƏRLƏR:

14.09.20 TƏDQİQATÇILARIMIZIN MƏQALƏLƏRİ NÜFUZLU BEYNƏLXALQ ELMİ JURNALLARDA DƏRC OLUNUB
20.12.19 “AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA” MÖVZUSUNDA IV BEYNƏLXALQ ELMİ KONFRANSIN MATERİALLARI NƏŞR OLUNUB
19.07.18 “AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA” MÖVZUSUNDA III BEYNƏLXALQ ELMİ-NƏZƏRİ KONFRANSIN MATERİALLARI ÇAP OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla