“ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ 2020-Cİ İLDƏ İLK NÖMRƏLƏRİ NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ 2020-Cİ İLDƏ İLK NÖMRƏLƏRİ NƏŞR OLUNUB

12.10.20. Oxunma sayı: 73 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “Əlyazmalar yanmır” və “Elmi əsərlər” jurnallarının 2020-ci il üçün birinci nömrələri çapdan çıxıb.
Akademik Teymur Kərimlinin baş redaktorluğu ilə nəşr olunan “Əlyazmalar yanmır” jurnalının bu nömrəsində “Mirzə Baxış Nadim poeziyasının səciyyəvi xüsusiyyətləri barədə”, “Oğuz türklərinin ortaq yazılı dastan abidəsi “Danişmənd qazi dastanı”, “Əbdürrəhim bəy Haqverdiyevin şəxsi arxivi”, “Qədim əlyazma və əski çap kitablarının qorunmasında radiasiya texnologiyalarından istifadə məsələləri”, “Bağışlanan əlyazmalar”, “Həkim Qəninin nəşr olunmamış əlyazmaları haqda”, “AMEA Məhəmməd Füzuli Adına Əlyazmalar İnstitutunun beynəlxalq əlaqələri”, “Ədudəddin Əl - icinin “Ədəb əl - bəhs” əsərinə azərbaycanlı alimlərinin şərhləri” və digər məqələlər yer alıb. Sözügedən məqalələr “Mətnşünaslıq”, “Ədəbiyyatşünaslıq”, “Mənbəşünaslıq”, “Tarixşünaslıq”, “Arxivşünaslıq və dokumentalistika”, “Dilçilik”, “Dinşünaslıq”, “Keçmişdən gələn səslər” və “Yubileylər” bölmələrində əks olunub.
Filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlinin baş redaktorluğu ilə nəşr olunan “Elmi əsərlər” jurnalının yeni sayında isə mətnşünaslıq, mənbəşünaslıq, folklorşünaslıq, kitabxanaşünaslıq, kitabşünaslıq, biblioqrafiyaşünaslıq sahəsində ““Nəşʼə Təbrizinin anadilli ədəbi irsi”, “Məmməd Səid Ordubadinin “Səttar xan” əsəri və onun əlyazma nüsxələri”, “Ərəbşünaslığın zirvədə olduğu dövr”, “Bakı neftçiləri müharibə illərində”, “Elektron biblioqrafik göstəricilər elmi kitabxananın soraq-biblioqrafiya aparatının mühüm tərkib hissəsidir” adlı məqalələr və İnstitutun nəşrləri haqqında referativ məlumatlar yer alıb.
Jurnalların elektron variantları da oxucuların və tədqiqatçıların ixtiyarına verilib (“Əlyazmalar yanmır” jurnalı: http://www.manuscript.az/mdb/. “Elmi əsərlər” jurnalı: http://www.manuscript.az/elmies)
Xatırladaq ki, 2015-ci ildən nəşr olunan hər iki jurnal Ali Attestasiya Komissiyasının “Azərbaycan Respublikasında dissertasiyaların əsas nəticələrinin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısı”na daxildir.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
20.05.19 “ƏLYAZMALAR YANMIR” VƏ “ELMİ ƏSƏRLƏR” JURNALLARININ YENİ NÖMRƏLƏRİ NƏŞR OLUNUB
21.05.18 MİRZƏ BAXIŞ NADİMİN “SEÇİLMİŞ ƏSƏRLƏRİ” TƏQDİM OLUNDU
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla