ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 info@manuscript.az
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB

11.05.18. Oxunma sayı: 164 Nəşrlər
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Aynur Nəcəfovanın “Anna Axmatova və Şərq” adlı yeni kitabı “Mütərcim” nəşriyyatında nəfis şəkildə çapdan çıxıb. Kitabın baş elmi məsləhətçi və ön sözün müəllifi Əlyazmalar İnstitutunun direktoru akademik Teymur Kərimli, elmi redaktoru Bakı Dövlət Universitetinin “Dünya ədəbiyyatı” kafedrasının müdiri, filologiya üzrə elmlər doktoru, professor Cəlil Nağıyevdir. Monoqrafiyanın rəyçiləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru, professor Paşa Kərimov və Bakı Dövlət Universitetinin müəllimi, filologiya üzrə elmlər doktoru, professor Ülfət Bədəlbəylidir.
Qeyd edək ki, kitabda müəllifin rus dilindən etdiyi tərcümələrinin redaktoru Əlyazmalar İnstitutunun elmi işçisi Aytən İmanovadır.
Mühakimənizə təqdim olunan bu monoqrafiyada XX əsr rus ədəbiyyatının tanınmış nümayəndəsi, “gümüş dövr”ün məşhur şairi Anna Axmatova və onun müxtəlif çalarlara malik zəngin yaradıcılıq yolu haqqında məlumat verilir. Kitabda A.Axmatovanın əsərlərində qədim ənənələrə malik Şərq ədəbiyyatının təsiri, onun bu tükənməz söz xəzinəsindən bəhrələnməsi, Asiya və Afrika xalqlarının poeziya nümunələrindən etdiyi tərcümələr, müasir Şərq şairlərinin yaradıcılığına təsiri və bu kimi yeni məsələlər araşdırılmışdır. Həmçinin ilk dəfə olaraq A.Axmatovanın ədəbi irsinin Azərbaycan ədəbiyyatşünaslığında öyrənilməsi tarixinə nəzər salınmış, əsərlərinin Azərbaycan dilinə tərcüməsi məsələləri də tədqiqata cəlb olunmuşdur.






скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU
06.04.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ “MEHRİBAN ƏLİYEVA – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİ” ADLI KİTABI NƏŞR EDİLİB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright, 2018, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla