MOLLA QASIM ZAKİR ŞEİRLƏRİNİN İLK NƏŞRİ » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



MOLLA QASIM ZAKİR ŞEİRLƏRİNİN İLK NƏŞRİ

29.09.20. Oxunma sayı: 68 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda həyat və yaradıcılığı haqqında cüzi məlumata malik olduğumuz, XIX əsrdə yaşamış istedadlı şair Molla Qasım Zakirin ilk şeirlər toplusu nəşr edilib. Kitabı nəşrə hazırlayanlar və ön sözün müəllifləri Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və eyni müəssisənin Multidissiplinar əlyazmalar şöbəsinin baş elmi işçisi, filologiya üzrə elmlər doktoru Raqub Kərimovdur. Elmi redaktorlar Elmi fondlar şöbəsinin müdiri, filologiya üzrə fəlsəfə doktoru, dosent Nailə Mustafayeva və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovadır.
Molla Qasım təqribən 1800-cü ildə dünyaya gəlib, 1845-ci ildə vəfat edib. Mirzə Fətəli Axundzadə və Qasım bəy Zakirin müasiri olmuş Molla Qasımın əsərləri müasirləri tərəfindən yüksək qiymətləndirilib. Şeirlərində həyati gerçəklikləri əks etdirən, dünyəvi məhəbbəti tərənnüm edən şairin bu kitabına onun qələmindən çıxmış qoşma, gəraylı, qəzəl, müxəmməs, müstəzad, müsəddəs, müsəmmən, müəşşər və mənzum məktublar daxil edilib.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
19.11.19 “MƏDƏNİ, TARİXİ DƏYƏRLƏR SİSTEMİNDƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ VƏ KİTABXANALAR” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla