“ELM” QƏZETİNİN NÖVBƏTİ SAYINDA ƏLYAZMALAR İNSTİTUTUNUN UĞURLARI İŞIQLANDIRILIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“ELM” QƏZETİNİN NÖVBƏTİ SAYINDA ƏLYAZMALAR İNSTİTUTUNUN UĞURLARI İŞIQLANDIRILIB

21.09.20. Oxunma sayı: 124 NAİLİYYƏTLƏR
AMEA Rəyasət Heyətinin mətbu orqanı olan “Elm” qəzetinin 15 sentyabr tarixli növbəti sayında Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi fəaliyyətində qazanılan nailiyyətlər, yeniliklər haqqında maraqlı məqalələr yer alıb.
“Tarixi əlyazmamız UNESCO-nun Dünya yaddaşı beynəlxalq reyestrinə daxil ediləcək” başlıqlı yazı institutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova ilə sözügedən təşkilatın ekspertləri arasında baş tutan çoxsaylı onlayn işçi görüşlərin yekunlarına həsr olunub. N.Babaxanovanın keçirdiyi görüşlər və təqdimat prosesi haqqında eyni zamanda rus dilində dərc olunmuş “Dünya yaddaşı” reyestrində” adlı məqalədə bəhs olunub.
Qəzetdə institutun Ərəbdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Rübabə Şirinovanın görkəmli şərqşünas alim, akademik Vasim Məmmədəliyevin xatirəsinə həsr etdiyi “Unudulmaz pedaqoq, tərcüməçi, islamşünas alim” adlı məqaləsi yer alıb.
Bu yaxınlarda Əlyazmalar İnstitutunda nəşr olunan “Nadir Şah Əfşarın Azərbaycanın xristian əhalisi ilə münasibətlərinə dair farsdilli sənədlər” kitabı haqqında da qəzetin bu sayında məlumat verilib.


OXŞAR XƏBƏRLƏR:

01.06.20 ƏLYAZMALAR İNSTİTUTUNUN NƏŞRLƏRİNİN BEYNƏLXALQ TƏQDİMATI HƏYATA KEÇİRİLİR
05.03.20 ƏLYAZMALAR İNSTİTUTUN ALİMİ AMEA-nın FƏXRİ FƏRMANI İLƏ TƏLTİF OLUNUB
13.01.20 ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB
11.09.19 “AZƏRBAYCAN MULTİDİSSİPLİNAR ƏLYAZMASI: XƏZİNƏDƏN İNCİLƏR” ABŞ-IN KONQRES KİTABXANASININ FONDUNA DAXİL EDİLİB
20.05.19 İNSTİTUTUN ELMİ JURNALLARI UNESCO-NUN “ROAD” ELMİ İNDEKSLƏŞDİRMƏ REYESTRİNƏ DAXİL EDİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla