TƏDQİQATÇILARIMIZIN MƏQALƏLƏRİ NÜFUZLU BEYNƏLXALQ ELMİ JURNALLARDA DƏRC OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



TƏDQİQATÇILARIMIZIN MƏQALƏLƏRİ NÜFUZLU BEYNƏLXALQ ELMİ JURNALLARDA DƏRC OLUNUB

14.09.20. Oxunma sayı: 59 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Multidissiplinar əlyazmalar şöbəsinin elmi işçiləri Şöhrət Səlimbəyli, Rəna İskəndərli və Rüxsarə Məmmədovanın Ukraynanın Beynəlxalq Humanitar Universitetinin nəşr etdirdiyi “Elmi xəbərlər” toplusunda məqalələri dərc olunub. Qeyd edək ki, adıgedən jurnal bir neçə beynəlxalq indeksləşdirilmə bazalarına daxil edilib.
R.Məmmədovanın müəllifi olduğu “Əbu Abdulla Miqdad əs-Suyuri əl-Hilli və onun “Kənzul-İrfan” əsəri” məqaləsində Fazil Miqdad adı ilə tanınan alimin islam hüququndan bəhs edən əsərinin müqayisəli təhlili təqdim olunub.
Ş.Səlimbəyli “Ruhi Bağdadinin məhəbbət lirikası” başlıqlı məqaləsində XVI əsr Azərbaycan şairi Ruhi Bağdadinin yaradıcılığındakı məhəbbət simvollarından, lirikanın özünəməxsus xüsusiyyətlərindən bəhs açıb.
Jurnalda R.İskəndərlinin “Şəmsəddin Saminin Bakı əlyazmaları və əski çap kitabları” adlı məqaləsi yer alıb. Ensiklopedik biliyə malik türk yazarı, alim və filosofu Şəmsəddin Saminin Əlyazmalar İnstitutunda saxlanılan nadir əlyazmaları əsasında yazılan məqalədə paleoqrafik təhlillər aparılıb.
Bundan başqa, 24-25 aprel tarixlərində Odessa şəhərində onlayn baş tutan “Müasir filologiya: aktual elmi problemlər və həll yolları” mövzusunda beynəlxalq elmi-praktik konfrans materiallarında Rəna İskəndərlinin daha bir məqaləsi dərc olunub. “Türkiyənin sosial-mədəni həyatında Tənzimat dövrünün rolu” başlıqlı araşdırma bəhs olunan dövrün şairlərinə həsr olunub.
OXŞAR XƏBƏRLƏR:

01.06.20 ƏLYAZMALAR İNSTİTUTUNUN NƏŞRLƏRİNİN BEYNƏLXALQ TƏQDİMATI HƏYATA KEÇİRİLİR
13.01.20 ƏLYAZMALAR İNSTİTUTU “NƏSİMİ İLİ”NDƏ FƏAL İŞTİRAKINA GÖRƏ TƏLTİFLƏRƏ LAYİQ GÖRÜLÜB
11.09.19 “AZƏRBAYCAN MULTİDİSSİPLİNAR ƏLYAZMASI: XƏZİNƏDƏN İNCİLƏR” ABŞ-IN KONQRES KİTABXANASININ FONDUNA DAXİL EDİLİB
20.05.19 İNSTİTUTUN ELMİ JURNALLARI UNESCO-NUN “ROAD” ELMİ İNDEKSLƏŞDİRMƏ REYESTRİNƏ DAXİL EDİLİB
22.02.18 İNSTİTUTUN ƏMƏKDAŞI ISI-THOMSON REUTERS İNDEKSLİ BEYNƏLXALQ JURNALIN REDAKSİYA HEYƏTİNƏ ÜZV SEÇİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla