ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ ONLAYN KONFRANSDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ ONLAYN KONFRANSDA İŞTİRAK EDİB

27.08.20. Oxunma sayı: 138 TƏDBİRLƏR
25-26 avqust 2020-ci il tarixlərində AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Türkdilli əlyazmaların tədqiqi şöbəsinin elmi işçisi Şəhla Xəllilli Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası Xidməti və onun “Orta əsr Ağsu şəhəri” Dövlət Tarix-Mədəniyyət Qoruğu, Miras Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutu və İtaliya Yokoku Asossasiyasının təşkilatçılığı ilə keçirilən “Azərbaycan arxeologiyasının inkişafında professor Qafar Cəbiyevin rolu” mövzusunda beynəlxalq onlayn konfransda iştirak edib.
Onlayn formatda - Zum platformasında baş tutan və Facebook sosial şəbəkəsi vasitəsi ilə canlı yayımlanan konfransda Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti, Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutu, Milli Azərbaycan Tarixi Muzeyi, Memarlıq və İncəsənət İnstitutu, Lənkəran Regional Elmi Mərkəzi, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Texniki Universiteti, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Univesiteti, Bakı Slavyan Universiteti, "İçərişəhər" Dövlət Tarix-Memarlıq İdarəsi, Gəncə Dövlət Universiteti, Azərbaycan Dövlət Aqrar Universiteti, MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi, Ağsu şəhəri 1 saylı məktəb-lisey, Türkiyənin Səlcuq Universiteti, Adnan Menderes Universiteti, Het Universiteti, Mövlanə Muzeyi, İtaliya Yokoku Assossasiyası, Kultra təşkilatı, Şimali Makedoniya Sosio-Mədəni Antropologiya İnstitutu, Belçika Türk Dərnəkləri Federasiyası, Rusiya Novosibirsk "Rusiya - Tarixim" Tarix Parkı, Gürcüstan Qafqaz İrsi Araşdırma İnstitutunu təmsil edən alimlər və tədqiqatçılar da iştirak ediblər.
Konfransın beşinci bölməsində Əlyazmalar İnstitutunun elmi işçisi Şəhla Xəlillinin "Prof.Dr. Qafar Cəbiyev və “Miras” Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi" mövzusunda məruzəsi dinlənilib.
Konfransın yekun iclasında bütün məruzlərin səsləndirilən düzəlişlərdən sonra çap edilməsi məqsədəuyğun bilinib.
OXŞAR XƏBƏRLƏR:

23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
25.12.19 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞLARI BEYNƏLXALQ SİMPOZİUMDA İŞTİRAK EDİBLƏR
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla