ƏLYAZMALAR İNSTİTUTUNUN BEYNƏLXALQ ƏLAQƏLƏRİ MÜZAKİRƏ OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN BEYNƏLXALQ ƏLAQƏLƏRİ MÜZAKİRƏ OLUNUB

29.07.20. Oxunma sayı: 87 TƏDBİRLƏR
AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən AMEA-nın Humanitar və İctimai Elmlər bölmələrinə aid elmi müəssisələrin beynəlxalq əlaqələr üzrə məsul şəxsləri ilə növbəti onlayn görüş keçirilib. Onlayn görüşdə AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova iştirak edib.

Görüş zamanı bölmələrin elmi müəssisələri, o cümlədən Əlyazmalar İnstitutu tərəfindən son aylar ərzində beynəlxalq əməkdaşlıq sahəsində əldə edilmiş nəticələr müzakirə edilib. N.Babaxanova son dövrlərdə xarici kitabxanalardan əldə olunmuş tarixi əlyazmalar, İnstitutun nəşrlərinin beynəlxalq aprobasiyası, elmi partnyorlarla distant təcrübə və nəşr-informasiya mübadiləsi barədə görüş iştirakçılarını məlumatlandırıb, UNESCO ilə aparılmaqda olan yeni əməkdaşlıq danışıqlarından bəhs edib.

Tədbirdə, həmçinin Azərbaycanın ədəbi-mədəni irsini, tarixi həqiqətlərini özündə əks etdirən elmi nəşrlərin beynəlxalq ictimaiyyətə təqdim edilməsi məqsədilə AMEA alimləri tərəfindən aparılan işlər haqqında fikir mübadiləsi aparılıb.
OXŞAR XƏBƏRLƏR:

01.05.20 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ AMEA XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİNİN ONLAYN İCLASINDA İŞTİRAK EDİB
17.02.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASINDA BİR SIRA MÜHÜM MƏSƏLƏLƏR MÜZAKİRƏ OLUNUB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla