NADİMİN ŞEİRLƏRİ İLK DƏFƏ KİTAB HALINDA NƏŞR EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



NADİMİN ŞEİRLƏRİ İLK DƏFƏ KİTAB HALINDA NƏŞR EDİLİB

07.05.18. Oxunma sayı: 289 NƏŞRLƏR
"Alatoran" nəşriyyatında XIX əsr Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Mirzə Baxış Nadimin (1780-1878) şeirlər toplusu ilk dəfə kitab halında nəşr edilib. Məlum olduğu kimi, indiyədək şairin çox az sayda əsəri işıq üzü görüb. Kitabı nəşrə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov və həmin institutun aparıcı elmi işçisi, Raqub Kərimov hazırlayıb və topluya geniş ön söz yazıblar. Kitabın redaktoru filologiya elmləri doktoru, professor Zaman Əsgərlidir.
Onu da qeyd edək ki, ötən həftə Hacıqabul Rayonunun Nəvahi kəndinin mədəniyyət klubunda adıçəkilən toplunun təqdimat mərasimi keçirilib. Tədbirdə Hacıqabul Rayonunun, Nəvahi kəndinin sakinləri, ziyalılar, şairin nəticələri, eləcə də Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov iştirak edib.







скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

06.04.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ “MEHRİBAN ƏLİYEVA – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİ” ADLI KİTABI NƏŞR EDİLİB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
30.11.17 AZƏRBAYCAN ƏLYAZMALARI DÜNYA KİTABXANALARINDA

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla