ƏLYAZMALAR İNSTİTUTU BƏSİRİ DİVANININ ƏLYAZMA NÜSXƏLƏRİNİN SURƏTLƏRİNİ ƏLDƏ EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTU BƏSİRİ DİVANININ ƏLYAZMA NÜSXƏLƏRİNİN SURƏTLƏRİNİ ƏLDƏ EDİB

13.07.20. Oxunma sayı: 110 YENİ DAXİLOLMALAR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmləri doktoru Paşa Kərimov İstanbulun Süleymaniyyə Kitabxanası və Tehran Milli Kitabxanasından XV-XVI əsrlərdə yaşamış Azərbaycan şairi Məhəmməd Bəsirinin lirik şeirlər toplusu — divanının avtoqraf nüsxələrini əldə edib. 1534-cü ildə vəfat etmiş Bəsirinin 1466-cı ildə doğulduğu ehtimal edilir. Gənclik illərində Ağqoyunlu hökmdarlarının sarayında yaşamış şair 1487-ci ildə Xorasanın paytaxtı Herata səyahət edib. Hüseyn Bayqara, Əlişir Nəvai və Əbdülrəhman Caminin rəğbətini qazanan Bəsiri vətənə qayıtdıqdan sonra Türkiyəyə köçüb, orada da vəfat edib. Türkiyə müəlliflərinin təzkirələri onun yaradıcılığının yerli ədəbi mühitə təsir etdiyi barədə məlumat verirlər. İndiyədək Azərbaycanda şairin cəmi bir neçə şeiri məlum idi. Bəsiri divanının İstanbul nüsxəsinin əvvəlində onun farsca şeirləri, sonra isə 1 qəsidə və 46 qəzəli köçürülüb. Şairin divanının Tehran nüsxəsi də farsca şeirlərlə başlanır. Burada Azərbaycan türkcəsində 4 qəsidə və 74 qəzəl vardır. Şairin Ağqoyunlu və Osmanlı hökmdarlarına, yüksək vəzifəli şəxslərinə həsr etdiyi qəsidələri onun yaşadığı dövr haqqında daha ətraflı məlumat öyrənməyə yardım edir. Bu yeni şeirlər əsasında Bəsirinin şeirlər toplusunu nəşr etdirmək nəzərdə tutulub.
OXŞAR XƏBƏRLƏR:

25.02.19 NƏSİMİ DİVANININ YENİ NÜSXƏSİNİN SURƏTİ ƏLDƏ EDİLİB
13.11.18 ƏLYAZMALAR İNSTİTUTU “ƏCAİB ƏL-MƏQDUR” ƏSƏRİNİN DİLİMİZƏ TƏRCÜMƏSİNİN SURƏTİNİ ƏLDƏ EDİB
24.10.18 ŞAİR VAHİD ƏZİZ ÖZ ŞƏXSİ ARXİVİNİ ƏLYAZMALAR İNSTİTUTUNA HƏDİYYƏ EDİB
13.06.18 KİTABXANIMIZA BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTİNİN “MANUSCRİPTS” JURNALININ YENİ SAYI DAXİL OLUB
01.02.18 TEHRAN KİTABXANASINDAN SƏFƏVİLƏR DÖVRÜNDƏ YAŞAMIŞ AZƏRBAYCAN ŞAİRİNİN KÜLLİYATININ SURƏTİ ƏLDƏ EDİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla