ƏLYAZMALAR İNSTİTUTUNDA “QURAN HEKAYƏTLƏRİ” ADLI KİTAB ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA “QURAN HEKAYƏTLƏRİ” ADLI KİTAB ÇAPDAN ÇIXIB

30.06.20. Oxunma sayı: 48 NƏŞRLƏR
Tanınmış islamşünas Sədrəddin Bəlağinin “Quran hekayətləri” əsərini farscadan Dilçilik İnstitutunun direktoru, akademik Möhsün Nağısoylu tərcümə edib. Əsəri tərtib edən və nəşrə hazırlayan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur. Nəşrin elmi redatoru həmin şöbənin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyyə Əbilova, tərcümə işinin redaktoru Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlıdır. Kitabın korrektorları Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin digər əməkdaşı – böyük elmi işçi Sona Cabbarzadə və Sevinc Rzayevadır.
İslam alimi Sədrəddin Bəlaği bu əsərini müqəddəs Qurandakı bir sıra mətləblərə yığcam şəkildə, sadə dillə aydınlıq gətirmək məqsədilə qələmə alıb.
Kitab iki hissədən ibarətdir.
Müəllif birinci hissədə peyğəmbərlərin başlarına gələn əhvalatları yüksək ustalıqla, təsirli hekayətlər şəklində nəql edib. Hər bir hekayətin başlanğıcında onun Qurani-Kərimin hansı surəsindən götürüldüyü qeyd olunub və ayələrin sıra sayları ilə göstərilib.
Kitabın “Lüğət” başlıqlı ikinci hissəsində Quranda adları çəkilmiş peyğəmbərlər, hekayətlərdəki ayrı-ayrı surətlər, dini məfhum və anlayışların mahiyyəti haqqında məlumatlar və bir çox Quran ayələrinin izahları verilib.
Sədrəddin Bəlaği kitabının “Ön söz”ündə qeyd edib ki, bəşər övladının enişli-yoxuşlu həyatını əks etdirən bu dəyərli və ibrətli hekayətlər bugünkü insanların da həyat yoluna işıq salmalı, onlar üçün əvəzsiz örnək olmalıdır.
OXŞAR XƏBƏRLƏR:

17.04.20 SƏDRƏDDİN BƏLAĞİNİN “QURAN HEKAYƏTLƏRİ” ƏSƏRİ YENİ REDAKSİYADA ÇAPA TƏQDİM OLUNUB
27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla