ƏLYAZMALAR İNSTİTUTU TƏRƏFİNDƏN İLK DƏFƏ “QƏŞƏM XAN VƏ GÜLÜSTAN XANIM” DASTANI OXUCULARA TƏQDİM OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTU TƏRƏFİNDƏN İLK DƏFƏ “QƏŞƏM XAN VƏ GÜLÜSTAN XANIM” DASTANI OXUCULARA TƏQDİM OLUNUB

22.06.20. Oxunma sayı: 68 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda saxlanılan XX əsrin əvvəllərinə aid “Qəşəm xan və Gülüstan xanım” yazılı abidəsinin yeganə nüsxəsi üzərində araşdırma və dastanın mətni kitab halında çapdan çıxıb. Dastanın elmi-paleoqrafik, filoloji araşdırması və mətninin transfoneliterasiyası Türkdilli əlyazmaların tədqiqi şöbəsinin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Əli Məmmədbağıroğlu tərəfindən aparılıb. Kitabın rəyçisi Türkdilli əlyazmaların tədqiqi şöbəsinin müdiri, filologiya üzrə elmlər doktoru, professor Azadə Musayevadır. Həmin şöbənin aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Aybəniz Rəhimova və Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi Rauf Şeyxzamanlı nəşrin redaktorlarıdır.
Kitabda XX əsrin əvvəllərinə aid “Qəşəm xan və Gülüstan xanım” yazılı abidəsinin Əlyazmalar İnstitutunda saxlanılan yeganə əlyazma nüsxəsi folklor nümunəsi kimi tədqiq olunub. Dastanın paleoqrafik, ideya-məzmun və dil xüsusiyyətləri araşdırılıb, transfoneliterasiya edilmiş mətni olduğu kimi ilk dəfə oxuculara təqdim olunub.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
19.11.19 “MƏDƏNİ, TARİXİ DƏYƏRLƏR SİSTEMİNDƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ VƏ KİTABXANALAR” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB
07.01.19 ƏLYAZMALAR İNSTİTUTUNUN YENİ NƏŞRİ
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla