ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLƏN TƏDBİRİNDƏ İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMLƏRİ AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN 100 İLLİK YUBİLEYİNƏ HƏSR EDİLƏN TƏDBİRİNDƏ İŞTİRAK EDİB

02.05.18. Oxunma sayı: 231 TƏDBİRLƏR
2 may 2018-ci il tarixində Abşeron rayonu Mehdi Hüseynzadə adına Novxanı kənd 1 saylı tam orta məktəbində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə təşkil olunmuş tədbirdə AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, fil.ü.e.d., prof. Paşa Kərimov və elmi katib, fil.ü.f.d., dosent Əzizağa Nəcəfzadə iştirak etmişlər. 
Alimlərimiz öz məruzələrində Azərbaycan Xalq Cümhuriyyəti xadimlərinin əsərlərinin toplanması, nəşri və tədqiqi sahəsində Əlyazmalar İnstitutunun əməkdaşlarının rolundan geniş söhbət açmışlar. Onların çıxışı məktəbin müəllim və şagird kollektivinin böyük marağına səbəb olub. Yüksək vətənpərvərlik əhval-ruhiyyəsində təşkil olunan yubiley tədbiri geniş konsert proqramı ilə davam edib.


скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB
17.02.18 KOLUMBİYA SƏFİRİ ƏLYAZMALAR İNSTİTUTUNDA OLUB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla