AKADEMİK TEYMUR KƏRİMLİ “MƏCLİSİ-ÜNS”DƏ GÖRKƏMLİ ŞAİR, TƏDQİQATÇI ƏLƏMDAR MAHİRİN YARADICILIĞINDAKI MARAQLI MƏQAMLARDAN BƏHS AÇIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



AKADEMİK TEYMUR KƏRİMLİ “MƏCLİSİ-ÜNS”DƏ GÖRKƏMLİ ŞAİR, TƏDQİQATÇI ƏLƏMDAR MAHİRİN YARADICILIĞINDAKI MARAQLI MƏQAMLARDAN BƏHS AÇIB

09.06.20. Oxunma sayı: 99 MEDİA / PUBLİSİSTİKA
Mədəniyyət kanalında yayımlanan klassik ədəbiyyatın təbliğinə həsr olunmuş “Məclisi-üns” verilişinin sonuncu buraxılışı bu il 70 yaşı tamam olan mərhum şair, Füzulişünas alim Hacı Ələmdar Mahirin yaradıcılığı haqqında maraqlı söhbət və müzakirələrə həsr olunub. Verilişdə qonaq olan tanınmıış klassik ədəbiyyat araşdırmaçılarından biri, AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimli çiyin-çiyinə çalışdığı Ələmdah Mahirin yüksək intellektə və dərin yumor hissinə malik bir şair olduğunu, onun dahi Azərbaycan şairi Məhəmməd Füzulinin təkcə tədqiqatçısı deyil, həm də yaradıcılıq enerjisini Füzulidən aldığını söyləyərək, Mahirin özünü də Füzuliyə bənzədib. Akademik bildirib ki, dərin biliyə sahib Ələmdar Mahir təbiətən, anadangəlmə müəllim idi, şirin dili, bəlağətli nitqi var idi. Şairin istedadını yüksək qiymətləndirən T.Kərimli onun əsərlərindən nümunələr gətirərək “şairin irfani dərinliyə malik qəzəllərindəki hər bir obrazda bir məna gizlənir. Əgər o mənanı aça bilməsən, şeirin yalnız zahirini görəcəksən” fikrini səsləndirib.


OXŞAR XƏBƏRLƏR:

30.01.20 ULU ÖNDƏRIN SOLMAZ OBRAZI TƏSVIRI SƏNƏTDƏ
22.01.20 AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT KANALINDA ƏLYAZMALAR İNSTİTUTUNUN UĞURLARINDAN BƏHS EDİB
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
14.06.19 PROFESSOR PAŞA KƏRİMOV MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI "AzərTAC"A MÜSAHİBƏ VERİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla