ƏLYAZMALAR İNSTİTUTUNDA “AZƏRBAYCAN ƏDƏBİYYATINDA ALLEQORİYA” KİTABI ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNDA “AZƏRBAYCAN ƏDƏBİYYATINDA ALLEQORİYA” KİTABI ÇAPDAN ÇIXIB

02.06.20. Oxunma sayı: 245 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda “Azərbaycan ədəbiyyatında alleqoriya” (Məcazdan həqiqətə) adlı monoqrafiya nəşr olunub. Əsərin müəllifi Azərbaycan Memarlıq və İnşaat Universitetinin dosenti, filologiya üzrə elmlər doktoru Lalə Əlizadədir. Elmi məsləhətçi və ön sözün müəllifi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. Elmi redaktoru filologiya üzrə elmlər doktoru Fəridə Əzizova, redaktoru filologiya üzrə fəlsəfə doktoru Aynurə Mahmudovadır. Akademik Möhsün Nağısoylu, filologiya üzrə elmlər doktoru Mahirə Quliyeva və Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov, elmi katib, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə kitabın rəyçiləridir.
Monoqrafiyada XII-XVI əsrlər Azərbaycan ədəbiyyatında alleqoriyanın rolu, inkişaf yolları tədqiq olunub. Anadilli və farsdilli poeziyadan gətirilən ədəbi nümunələr əsasında aparılan tədqiqat işində Xaqani Şirvani, Nizami Gəncəvi və Məhəmməd Füzulinin yaradıcılığında alleqoriya sənətinin araşdırılmasına xüsusi yer ayrılıb. Kitabda irfan-fəlsəfi-bədii istiqamətində, təsəvvüf dünyagörüşündə və hürufi poeziyasında alleqoriyanın mövqeyini təhlil edən ayrı-ayrı bölmələr təqdim olunub.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla