ƏLYAZMALAR İNSTİTUTUNDA “MÜQƏDDƏS ZİLHİCCƏ BAYRAMLARI” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNDA “MÜQƏDDƏS ZİLHİCCƏ BAYRAMLARI” ADLI KİTAB İŞIQ ÜZÜ GÖRÜB

01.06.20. Oxunma sayı: 220 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən nəşr olunan yeni kitab “Müqəddəs zilhiccə bayramları” adlanır. Nəşrin müəllifi Həsən Hüseyni, redaktoru Vərağa Almasovdur. Ön sözün müəllifi Əlyazmalar İnstitutunun Kitabxana və elmi informasiya şöbəsinin böyük elmi işçisi Sona Xəyal, rəyçilər Çap kitablarının tədqiqi şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru Tahirə Həsənzadə və Əlyazmaların və əski çap kitablarının tərcüməsi şöbəsinin baş elmi işçisi, fəlsəfə üzrə elmlər doktoru Zəkiyyə Əbilovadır.
Kitabda hicri-qəməri təqviminin zilhiccə ayına təsadüf edən müqəddəs bayramlar – Qurban bayramı, Qədir-Xum bayramı və Mübahilə bayramları haqqında, bu bayramlar zamanı icra olunan rituallar, onların mahiyyəti barədə geniş məlumat verilib. Müxtəlif şairlərin, o cümlədən Şah İsmayıl Xətai, Şəhriyar, Misgin Abdalın həmin bayramlara həsr etdikləri şeirlərdən nümunələr də kitaba daxil edilib.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
19.11.19 “MƏDƏNİ, TARİXİ DƏYƏRLƏR SİSTEMİNDƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ VƏ KİTABXANALAR” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla