ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ ONLAYN ELMİ KONFRANSDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB » Əlyazmalar İnstitutu



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI BEYNƏLXALQ ONLAYN ELMİ KONFRANSDA MƏRUZƏ İLƏ ÇIXIŞ EDİB

29.05.20. Oxunma sayı: 249 TƏDBİRLƏR
Mayın 28-də Azərbaycan Dövlət Pedaqoji Universitetinin “Ümumi tarix və tarixin tədrisi texnologiyası” kafedrasının təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Tarix” kafedrasının dəstəyi ilə Respublika Günü münasibətilə videokonfrans formatında “Azərbaycan Xalq Cümhuriyyətinin beynəlxalq səviyyədə tanınması: tarixin dərsləri” adlı beynəlxalq onlayn elmi konfrans keçirilib.
Konfransı giriş sözü ilə açan Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru, professor Cəfər Cəfərov konfrans iştirakçılarını Respublika Günü münasibəti ilə təbrik edərək, bu günün tariximizdə oynadığı böyük rolu vurğulayaraq, konfransın işinə uğurlar arzulayıb. Konfransın fəxri qonaqları – Türkiyə Cümhuriyyətinin Bakıdakı Səfirliyinin Təhsil üzrə müşaviri Dr.Nihat Büyükbaş, Kazak-Türk Universitetinin rektoru, professor dr. Cengiz Tomar, İstanbul Universitetinin Ədəbiyyat Fakültəsinin dekanı professor dr. Hayati Develi qardaş Azərbaycanı bu mühüm və tarixi əhəmiyyətli Respublika Günü münasibəti ilə təbrik edərək öz dəyərli fikirlərini bölüşüblər.
Konfransda Azərbaycanın və Türkiyənin nüfuzlu alimlərinin məruzələri dinlənilib. Konfransa qatılan AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Şəxsi arxivlərin tədqiqi şöbəsinin elmi işçisi
Aytən İmanova “Azərbaycan milli azadlıq hərəkatı tarixinin tədqiqində mədəni-ədəbi irsin öyrənilməsinin əhəmiyyəti” məruzəsi ilə çıxış edib. Çıxışı maraqla qarşılanan A.İmanova mövzu ilə bağlı ona ünvanlanan sualları da cavablandırıb. ​




OXŞAR XƏBƏRLƏR:

01.05.20 ƏLYAZMALAR İNSTİTUTUNUN ALİMİ AMEA XARİCİ ƏLAQƏLƏR ŞÖBƏSİNİN ONLAYN İCLASINDA İŞTİRAK EDİB
23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.05.19 GÖRKƏMLİ DİLÇİ ALİM QARA MƏŞƏDİYEVİN 80 İLLİK YUBİLEYİ QEYD OLUNUB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla