“ƏLYAZMALAR YANMIR” JURNALI BEYNƏLXALQ İNDEKSLƏŞDİRMƏ BAZASINA DAXİL EDİLİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“ƏLYAZMALAR YANMIR” JURNALI BEYNƏLXALQ İNDEKSLƏŞDİRMƏ BAZASINA DAXİL EDİLİB

29.05.20. Oxunma sayı: 127 MÜHÜM XƏBƏRLƏR
28 may 2020-ci il tarixində ProQuest-ExLibris beynəlxalq təşkilatının (ABŞ-İsrail) “UlrichsWeb” indeksləşdirmə sistemi AMEA M.Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmalar yanmır” jurnalının qiymət­lən­dirilməsi işini tamamlayıb və jurnal adıçəkilən bazaya daxil edilib. Artıq jurnalın buraxılış məlumatları və bütün nömrələri elektron şəkildə “UlrichsWeb” bazasına transfer olunub. Bu isə, 80 ölkənin 7500-dən artıq elm və təhsil müəssisəsində, o cümlədən universitet, informasiya mərkəzi və kitabxanalarda jurnalın elektron versiyasından istifadəyə imkan verir.

Məlumat üçün bildirək ki, “UlrichsWeb” dünyanın ən geniş beynəlxalq elmi indeksləşdirmə baza­la­rından biridir. 1932-ci ildə ABŞ-da yaradılan bu sistem 1980-ci ildən dünyanın nü­fuzlu ali təhsil ocaqlarından olan Yerusəlim Yəhudi Universitetinin (İsrail) “ExLibris”, ABŞ-ın “ProQuest” təşkilatlarının və Konqres Kitabxanasının birgə elmmetrik konqlomeratına çevrilib.

Hazırda “UlrichsWeb”də 90000 mənbə, 6 milyon rəqəmsal sənəd, o cümlədən son altı əsrdə (1450-ci ildən etibarən) hazırlanmış, nəşr olunmuş kitab və məqalələrin elektron variantı, son 3 əsrdə nəşr olunmuş qəzetlərin 20 milyon səhifəsi, 3 milyon dissertasiya, 450000 e-kitab və digər annotasiyalaşdırma, elmmetrik sistemlərin (Clarivate Analytics-in Web of Science, Elsevier-in ScienceDirect və OCLC-nin WorldCat bazaları), hətta Böyük Britaniya Kral arxivinin informasiya massivləri mühafizə olunur, abunə yolu ilə dünyanın aparıcı elm və təhsil müəssisələrinə təqdim edilir.

OXŞAR XƏBƏRLƏR:

27.03.20 27 MART - AZƏRBAYCANDA ELM GÜNÜDÜR
28.12.19 AMEA-NIN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
24.12.19 İLHAM ƏLİYEV GERÇƏKLİYİ
31.05.18 MƏHƏMMƏD FÜZULİ “DİVAN”ININ “DÜNYA YADDAŞI” BEYNƏLXALQ REYESTRINƏ DAXİL EDİLMƏSİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
06.02.18 ƏLYAZMALAR İNSTİTUTU BEYNƏLXALQ ƏLYAZMALAR CƏMİYYƏTINƏ ÜZV SEÇİLMİŞDİR

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla