ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI ONLAYN SEMİNARDA İŞTİRAK EDİB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI ONLAYN SEMİNARDA İŞTİRAK EDİB

27.05.20. Oxunma sayı: 102 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsinin baş mütəxəssisi, doktorant Vüqar Hacıyev 25-26 may tarixlərində Clarivate Analytics şirkətinin dəstəyi ilə webex.com saytının keçirdiyi veb seminarda iştirak edib.
Seminarın birinci günü iştirakçılara slayd vasitəsilə “Beynəlxalq jurnallarda nəşrlərə olan əsas tələblər” mövzusunda qaydalar izah olunub, məqalələrə başlıq seçilməsi və ümumilikdə məqalənin tərtib edilməsi yolları göstərilib.
Seminarın ikinci günü isə elmi fəaliyyətlə məşğul olan şəxslərə “Öz elmi məqaləni nəşr etdirmək üçün ən yaxşı jurnalı necə seçmək və dürüst olmayan, saxta jurnallardan yayınmaq” mövzusunda izahlar verilib. Seminarın aparıcısı məqalə dərc etdirmək üçün orijinal jurnalı saxta jurnaldan seçməyin üsullarını slayd vasitəsilə əyani şəkildə göstərib.
OXŞAR XƏBƏRLƏR:

23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla