ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI GÜRCÜSTANDA KEÇİRİLƏN KONFRANSA QATILIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI GÜRCÜSTANDA KEÇİRİLƏN KONFRANSA QATILIB

20.05.20. Oxunma sayı: 37 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elektron resurslar şöbəsinin baş mütəxəssisi, doktorant Vüqar Hacıyev “Zoom” proqramı vasitəsilə 16-17 May tarixində Gürcüstan Respublikasının Batumi şəhərində ictimai elmlər üzrə indeksləşmiş beynəlxalq istinadlı “Atlas” jurnalının təşkil etdiyi konfransda iştirak edib. V.Hacıyev “Azərbaycanlılara qarşı etnik təmizləmə və soyqırım siyasəti ermənilərin “Böyük Ermənistan” ideyasının həyata keçirilmə üsuludur” mövzusunda çıxış edib.
O, bildirib ki, tarix boyu dünyanın heç bir yerində dövləti olmayan ermənilər ayrı-ayrı dövlətlərin tərkibində tayfalar şəklində yaşamış, nəhayət, XIX əsrin əvvəllərində çar Rusiyası tərəfindən Cənubi Qafqaza, o cümlədən tarixi Azərbaycan torpaqlarına köçürülərək məskunlaşdırılmışlar. XX əsrin əvvəllərində havadarlarının dəstəyi ilə Azərbaycan torpaqları hesabına özlərinə dövlət quran ermənilər bu ərazilərin “qədim” və “Böyük Ermənistan” torpaqları olduğunu iddia etmiş və bu ideyanı reallaşdırmaq üçün yerli türk-müsəlman əhalisinə qarşı terror, soyqırımı, etnik təmizləmə, deportasiya siyasəti həyata keçirmişlər.
Vüqar Hacıyev Azərbaycan türklərinə qarşı ermənilər tərəfindən bir əsr ərzində dörd dəfə - 1905-1907, 1918-1920, 1948-1953 və 1988-1992-ci illərdə həyata keçirilən soyqırımı və deportasiyalardan danışıb. Mövzu konfrans iştirakçılarının böyük marağına səbəb olub və V.Hacıyev onları maraqlandıran sualları ətraflı şəkildə cavablandırıb.
OXŞAR XƏBƏRLƏR:

24.06.19 ƏLYAZMALAR İNSTİTUTUNDA “İMADƏDDİN NƏSİMİ: SƏLƏFLƏR VƏ XƏLƏFLƏR – ORTA ƏSRLƏR ƏLYAZMALARI VƏ AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN TARİXİ PROBLEMLƏRİ” MÖVZUSUNDA XVII RESPUBLİKA ELMİ KONFRANSI KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
18.05.18 MAHMUD KAŞQARİ ADINA MÜKAFAT TƏQDİM OLUNDU
24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla