“RUHİ BAĞDADİ YARADICILIĞINDA İCTİMAİ MOTİVLƏR” ADLI MONOQRAFİYA ÇAPA TƏQDİM OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“RUHİ BAĞDADİ YARADICILIĞINDA İCTİMAİ MOTİVLƏR” ADLI MONOQRAFİYA ÇAPA TƏQDİM OLUNUB

24.04.20. Oxunma sayı: 129 NƏŞRLƏR
Bu günlərdə Azərbaycan Milli Elmlər Akademiyası Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Multidissiplinar əlyazmaların tədqiqi” şöbəsinin elmi işçisi Şöhrət Səlimbəylinin “Ruhi Bağdadi yaradıcılığında ictimai motivlər” adlı monoqrafiyası çapa təqdim olunub. Nəşrin elmi redaktoru filologiya elmləri doktoru Paşa Kərimov, redaktorları filologiya elmləri doktoru Raqub Kərimov və filologiya elmlər doktoru, professor Yaqub Babayevdir. Kitabın rəyçisi və “Ön söz” müəllifi isə filologiya elmləri doktoru, professor Mahmud Allahmanlıdır.
Kitabda göstərilir ki, XVI əsr Bağdad ədəbi mühitində böyük Füzulidən sonra ictimai liri­ka­da haqsızlığa, ədalətsizliyə qarşı etiraz notları Ruhi Bağdadi (1544-1606) yaradıcılığında daha qabarıqdır. Ruhi Bağdadi də sələfi Füzuli kimi XVI əsrdə Osmanlı imperiyasının daxilində baş verən hadisələri dərindən duymuş, onların həqiqi qiymətini verməyə ça­lışmışdır.
Monoqrafiya Ruhi Bağdadinin cəmiyyətə baxışını ortaya qoymaqla yanaşı, şairin dövründə insanların yaşam tərzi haqqında da hərtərəfli təsəvvür yaradır.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
31.10.18 XVI ƏSR AZƏRBAYCAN ŞAİRİ “RUHİ BAĞDADİ” HAQQINDA TƏDQİQAT ƏSƏRİ ÇAPDAN ÇIXIB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla