MƏMMƏD ƏMİN RƏSULZADƏNİN MƏKTUBLARI İLK DƏFƏ İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



MƏMMƏD ƏMİN RƏSULZADƏNİN MƏKTUBLARI İLK DƏFƏ İŞIQ ÜZÜ GÖRÜB

01.05.18. Oxunma sayı: 203 NƏŞRLƏR

Bu günlərdə  “Məmməd Əmin Rəsulzadə. Məktublar. Şəfibəyçilik” kitabı işıq üzü görüb. Kitabın tərtibçisi və ön sözün müəllifi tanınmış araşdırmaçı Aydın Balayevdir. Kitab Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ilə əlaqədar olaraq Moskvada fəaliyyət göstərən “Məmməd Əmin Rəsulzadə Məclisi”nin maliyyə dəstəyi ilə nəşr olunub. Kitabda Azərbaycan Xalq Cümhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadənin bir sıra məktubları və 1934-cü ildə İstanbulda işıq üzü görmüş “Şəfibəyçilik” əsəri yer alıb. M.Ə.Rəsulzadənin C.Hacıbəyliyə ünvanladığı ərəb qrafikası ilə yazılmış  məktubları AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun baş elmi işçisi Arif Ramazanov tərəfindən transfonoliterasiya edilib, fars-ərəb mənşəli sözlərə izah yazılıb. Kitaba daxil edilmiş “Şəfibəyçilik” əsəri o dövrdə Azərbaycan mühacirəti və Müsavat partiyasında baş verən prosesləri ehtiva edir. Bu əsər də Azərbaycanda ilk dəfə nəşr olunur. 
скачать dle 12.0
OXŞAR XƏBƏRLƏR:

24.04.18 “AZƏRBAYCAN MƏDƏNİYYƏT TARİXİNİN PROBLEMLƏRİ ƏLYAZMALARDA” MÖVZUSUNDA XVI ƏNƏNƏVİ RESPUBLİKA ELMİ-NƏZƏRİ KONFRANS
06.04.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ “MEHRİBAN ƏLİYEVA – AZƏRBAYCAN MƏDƏNİYYƏTİNİN HAMİSİ” ADLI KİTABI NƏŞR EDİLİB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB
09.12.17 AMEA-NIN MƏHƏMMƏD FÜZULİ ADINA ƏLYAZMALAR İNSTİTUTU İLƏ DAŞKƏND DÖVLƏT ÖZBƏK DİLİ VƏ ƏDƏBİYYATI UNİVERSİTETİ ARASINDA ƏMƏKDAŞLIQ MEMORANDUMU İMZALANIB

© Copyright 2008-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla