ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI YENİ İNŞA EDİLMIŞ MƏSCİDİN BƏDİİ TƏRTİBATINI HƏYATA KEÇİRİR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞI YENİ İNŞA EDİLMIŞ MƏSCİDİN BƏDİİ TƏRTİBATINI HƏYATA KEÇİRİR

20.04.20. Oxunma sayı: 116 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Əlyazmaların gigiyena və bərpası” laboratoriyasının müdiri Zaur Orucov növbədənkənar məzuniyyətini sosial izolyasiya şərtlərinə əməl etməklə Göyçay rayonunun Qarabaqqal kəndində yeni inşa edilmiş məscidin bədii tərtibat işlərini görməklə davam etdirir. O, karantin dövründə haqqında danışdığımız tikilidə Azərbaycanın milli-tarixi bəzəklərindən və hüsnxətt sənətinin gözəl nümunələrindən istifadə etməklə nəfis bir əsər ərsəyə gətirmişdir.
Burada nəbati elementlərdən və Azərbaycan nəqqaşlıq məktəbinin rəng çalarlarından istifadə edilərək bəzək kompozisiyası qurulmuş, məscidin gümbəzinin baş hissəsi milli ornamentimiz olan səkkiz guşəli ulduz şəklində süslənmiş, ətək hissəsində isə nəbati naxışlar arasında sülüs yazı xətti ilə “Nur” surəsinin 35-ci ayəsi çevrələnmiş şəkildə yazılmışdır. Məscidin divarıları Nəbati-kufi (Məğribi-kufi) xətti ilə “Hədid” surəsinin 4-cü və 5-ci ayələri ilə bəzədilmişdir.
Məscidin bədii tərtibat işlərinin növbədənkənar məzuniyyət müddətində başa çatdırılması planlaşdırılır.
OXŞAR XƏBƏRLƏR:

18.01.20 MƏNƏVİ İRSİMİZİN YORULMAZ TƏDQİQATÇISI
24.12.19 İLHAM ƏLİYEV GERÇƏKLİYİ
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla