CƏNUBİ QAFQAZ DÖVLƏTÇİLİYİ SİSTEMİNDƏ AZƏRBAYCAN AYDINLARININ FƏALİYYƏTİ » Əlyazmalar İnstitutu



CƏNUBİ QAFQAZ DÖVLƏTÇİLİYİ SİSTEMİNDƏ AZƏRBAYCAN AYDINLARININ FƏALİYYƏTİ

15.04.20. Oxunma sayı: 241 NƏŞRLƏR
Aprel ayının 28-də Azərbaycan Cümhuriyyətinin süqutunun, vətənimizin ilk demokratik dövlətinin sovet Rusiyası tərəfindən işğalının 100 ili tamam olur. Bu tarixi hadisənin təhlili ilə bağlı ölkədə müxtəlif tədqiqatlar aparılıb, bu günlərdə də mətbuatda kifayət qədər yazıların dərc olunacağı gözlənilir. AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun alimləri də bu istiqamətdə fəaliyyət göstərir, öz töhfələrini verirlər.
Bu günlərdə Əlyazmalar İnstitutunun “Şəxsi arxivlərin tədqiqi” şöbəsinin elmi işçisi Aytən İmanovanın “İpək yolu” jurnalının 2020-ci il üçün 1-ci sayında “Cənubi Qafqaz dövlətçiliyi sistemində Azərbaycan aydınlarının fəaliyyəti” adlı maraqlı məqaləsi (səh.182-196) dərc olunmuşdur.
Əsas istiqamətləri iqtisadiyyat, filologiya, tarix və sosial elmlər olan, beynəlxalq indeksləmə bazalarına daxil edilmiş jurnalda dərc olunan bu məqalə XX əsrin əvvəllərində Azərbaycan milli hərəkatının tarixinə həsr edilmişdir. Yazıda qeyd olunan dövrdə dünyada baş verən ictimai-siyasi və mədəni-iqtisadi dəyişikliklər fonunda Azərbaycan milli ideologiyasının təkamül yolu təhlil edilmiş, Azərbaycan milli ideologiyasının bolşeviklər tərəfindən işğala qarşı mövqeyi, Azərbaycan Cümhuriyyətinin gücü və beynəlxalq qüvvələrin Azərbaycanın Rusiya tərəfindən ikinci dəfə işğalı üçün təsiri barədə ətraflı məlumat verilmişdir.
Müəllif bildirir ki, Rusiyada baş vermiş Fevral burjua demokratik inqilabından sonrakı dövrdə Azərbaycan milli hərəkatını təmsil edən qüvvələr dövrün və bölgədə baş vermiş hadisə və proseslərin şərtləri daxilində əslində mümkün olandan da artığını etdilər. Məhz onların dünyada və regionda baş verən hadisə və proseslərə çevik reaksiyaları Azərbaycanın başı üzərini almış qara qüvvələrin planlarının reallaşmasına imkan vermədi və milli hərəkat özünün məntiqi yekununa varmış oldu.
Məqalə ilə bu linkə keçid edərək tanış ola bilərsiniz:
http://www.au.edu.az/upload-files/menu/ipekyolu/2020_01/21ImanovaA.pdf
OXŞAR XƏBƏRLƏR:

30.01.20 ULU ÖNDƏRIN SOLMAZ OBRAZI TƏSVIRI SƏNƏTDƏ
22.01.20 AKADEMİK TEYMUR KƏRİMLİ MƏDƏNİYYƏT KANALINDA ƏLYAZMALAR İNSTİTUTUNUN UĞURLARINDAN BƏHS EDİB
22.11.19 AKADEMİK TEYMUR KƏRİMLİ LENT.AZ SAYTINA MÜSAHİBƏ VERİB
14.06.19 PROFESSOR PAŞA KƏRİMOV MİLLİ QURTULUŞ GÜNÜ İLƏ BAĞLI "AzərTAC"A MÜSAHİBƏ VERİB
06.03.19 AKADEMİK T.KƏRİMLİ NƏSİMİ HUMANİZMİ HAQQINDA

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla