“AZƏRBAYCAN KİTABI” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



“AZƏRBAYCAN KİTABI” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB

11.04.20. Oxunma sayı: 356 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Çap kitablarının tədqiqi” şöbəsinin baş elmi işçisi, tarix üzrə elmlər doktoru, professor Tahirə Həsənzadənin tərtib etdiyi “Azərbaycan kitabı” adlı kataloq işıq üzü görüb. Əlyazmalar İnstitutunun materialları əsasında hazırlanmış kataloqa XIX əsrin I yarısından etibarən dünyanın müxtəlif şəhərlərində mətbəə üsulu ilə nəşr olunmuş Azərbaycan kitablarının qısa təsviri daxil edilib. Burada XIX əsr Azərbaycan elm və mədəniyyət xadimlərinin əsərləri öz əksini tapıb. Kitabın baş elmi məsləhətçisi akademik Teymur Kərimli, elmi redaktoru isə tarix üzrə fəlsəfə doktoru, dosent Cavid Cəfərovdur.

Kataloqda ən qədim nəşr tarixli Azərbaycan kitabı Abbasqulu Ağa Bakıxanovun 1831-ci ildə Tiflisdə nəşr olunmuş, fars dilinin qrammatikasından bəhs edən “Qanuni-Qudsi” və M.F.Axundovun Tiflisdə 1859-cu ildə nəşr olunmuş “Təmsilat”ıdır. Ümumilikdə 873 adda əski çap kitabını əhatə edən kataloqun sonunda əsər adlarının əlifba göstəricisi də verilib.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla