ƏMƏKDAŞLARIMIZ PRAQADA KEÇİRİLƏN DİSTANT KONFRANSA QATILDI » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏMƏKDAŞLARIMIZ PRAQADA KEÇİRİLƏN DİSTANT KONFRANSA QATILDI

11.04.20. Oxunma sayı: 98 TƏDBİRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun “Ərəbdilli əlyazmaların tədqiqi” şöbəsinin elmi işçiləri Yeganə Rəhnulla və Sevinc Bayramova 05-06 aprel 2020-ci il tarixlərində Çexriya Respublikasının paytaxtı Praqa şəhərində distant keçirilən “Avrasiya xalqları: tarix, mədəniyyət və qarşılıqlı problemlər” (“Peoples of eurasia: history, culture and interaction problems”) mövzusunda X Beynəlxalq elmi-praktik konfransa qatılıblar.
Onlayn qaydada təşkil olunan konfransda Sevinc Bayramovanın “Orta əsr Azərbaycan alimi Çarpərdinin müəllim və tələbələri”, Yeganə Rəhnullanın isə “Şərh əsməullah əl-husna” əsərinin əlyazma nüsxəsi” mövzusunda məruzələri müəyyən olunmuş saatlarda bölmə iclaslarının uyğun səhifələrində nümayiş olunub. Qeyd edək ki, xüsusi iştirakçı diplomu ilə təltif edilən əməkdaşlarımızın məruzələrinin tam mətni “Sociosfera – CZ” Elmi Nəşriyyat Mərkəzinin 10 aprel 2020-ci il tarixində nəşrə hazırladığı konfrans materiallarının ümumi toplusuna daxil edilmişdir.


OXŞAR XƏBƏRLƏR:

23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
22.11.19 HUMANİTAR ELMLƏR BÖLMƏSİNİN ÜMUMİ YIĞINCAĞI KEÇİRİLİB
25.01.19 AKADEMİK TEYMUR KƏRİMLİNİN SƏDRLİYİ İLƏ İCLAS KEÇİRİLİB
13.06.18 ƏLYAZMALAR İNSTİTUTUNDA AXC-NİN 100 İLLİYİNƏ HƏSR OLUNMUŞ KONFRANS KEÇİRİLİB
07.05.18 HEYDƏR ƏLİYEV VƏ ƏLYAZMALAR İNSTİTUTU

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla