XIX ƏSRİN XEYRİYYƏÇİSİ VƏ MAARİFÇİSİ İSGƏNDƏR BƏY MƏLİKOVUN “YAXŞILIĞA YAMANLIQ” ƏSƏRİ NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



XIX ƏSRİN XEYRİYYƏÇİSİ VƏ MAARİFÇİSİ İSGƏNDƏR BƏY MƏLİKOVUN “YAXŞILIĞA YAMANLIQ” ƏSƏRİ NƏŞR OLUNUB

10.04.20. Oxunma sayı: 264 NƏŞRLƏR
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Elmi Şurasının qərarı ilə “İsgəndər bəy Məlikov – Yaxşılığa yamanlıq” kitabı çapdan çıxıb. Kitabı nəşrə hazırlayan Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovadır. Nəşrin baş elmi məsləhətçisi akademik Teymur Kərimli, redaktoru Mustafa Mailoğludur (Əliyevdir).
Kitabda Azərbaycanlı neft sahibkarı, XIX əsrin II yarısında milli teatr və maarif sahəsində müstəsna xidmətləri olan İsgəndər bəy Məlikovun (milli mətbuatımızın banisi Həsən bəy Zərdabi ilə eyni nəsildəndir) 1898-ci ildə qələmə aldığı “Yaxşılığa yamanlıq” pyesi ötən əsrin əvvəllərində ərəb qrafikalı Azərbaycan əlifbası ilə nəşr olunsa da,müasir əlifbada oxucuların ixtiyarına ilk dəfə təqdim olunur. Dörd məclisdən ibarət pyesin mövzusu həmin dövrdə cəmiyyətdə hökm sürən dini fanatizm və cəhalətin səbəb olduğu acı nəticələr və bunlara qarşı müsbət qəhrəmanların apardıqları mübarizədən ibarətdir.
Qeyd edək ki, əsərin dil və üslub xüsusiyyətləri orijinal variantda olduğu kimi saxlanılıb.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
13.07.18 ƏLYAZMALAR İNSTİTUTUNUN DOKTORANTININ YENİ KİTABI İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla