ƏLYAZMALAR İNSTİTUTUNUN KOLLEKTİVİ KORONAVİRUSLA MÜBARİZƏ APARAN HƏKİM VƏ TİBB İŞÇİLƏRİNƏ TƏŞƏKKÜR EDİR » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



ƏLYAZMALAR İNSTİTUTUNUN KOLLEKTİVİ KORONAVİRUSLA MÜBARİZƏ APARAN HƏKİM VƏ TİBB İŞÇİLƏRİNƏ TƏŞƏKKÜR EDİR

08.04.20. Oxunma sayı: 78 TƏDBİRLƏR
Məlum olduğu kimi, martın 28-də Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın iştirakı ilə Bakıda bütün müasir standartlara cavab verən “Yeni klinika”nın açılışı olub. Açılışda Prezident İlham Əliyev bu gün bütün dünyada koronavirus (COVİD-19) ilə mübarizədə ön cərgədə gedən, yorulmadan gecə-gündüz çalışan, həyatlarını risk altına atan həkimləri alqışladığını, onlara inandığını və güvəndiyini bildirib.
Prezident eyni zamanda geniş ictimaiyyəti də həkimlərimizi dəstəkləməyə, sosial məsuliyyət aksiyalarına qoşulmağa çağırıb: “Azərbaycan həkimləri xalqımıza xas ən yüksək xüsusiyyətləri nümayiş etdirirlər və həyatlarını risk altına ataraq, xəstələrə xidmət göstərirlər. Həkimlər ən yüksək qiymətə layiqdirlər. Bu ağır günlərdə həkimlərimizin əməyi, fədakarlığı yüksək qiymətləndirilir, onlara həmrəylik və dəstək göstərmək üçün müxtəlif aksiyalar keçirilir və keçiriləcək.”

AMEA Əlyazmalar İnstitutunun rəhbərliyi və kollektivi də koronavirus infeksiyası ilə mübarizə üzrə fəaliyyət sahəsində sosial dəstək nümunəsi göstərərək müxtəlif tibb məntəqələrində və karantin mərkəzlərində həyatlarını riskə ataraq fədakarlıqla öz vəzifə borclarını yerinə yetirən həkim və tibb işçilərimizə bu məsuliyyətli işdə uğurlar arzulayır, təşəkkürlərini çatdırır, Prezidentin “Azərbaycan həkimlərinə eşq olsun!” şüarına qoşulur.
OXŞAR XƏBƏRLƏR:

23.01.20 AMEA RƏYASƏT HEYƏTİNİN İCLASI KEÇİRİLİB
25.02.19 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİ ANILIB
18.01.19 ƏLYAZMALAR İNSTİTUTUNDA 20 YANVARA HƏSR OLUNMUŞ ELMİ SESSİYA KEÇİRİLİB
10.10.18 ƏLYAZMALAR İNSTİTUTUNDA BEYNƏLXALQ QIZLAR GÜNÜ QEYD OLUNUB
26.02.18 ƏLYAZMALAR İNSTİTUTUNDA XOCALI FACİƏSİNƏ HƏSR EDİLMİŞ ANIM MƏRASİMİ KEÇİRİLİB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla