İMADƏDDİN NƏSİMİNİN ƏSƏRLƏRİ BOŞNAK DİLİNDƏ ÇAPDAN ÇIXIB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



İMADƏDDİN NƏSİMİNİN ƏSƏRLƏRİ BOŞNAK DİLİNDƏ ÇAPDAN ÇIXIB

30.03.20. Oxunma sayı: 227 NƏŞRLƏR
Bosniya və Herseqovinanın paytaxtı Sarayevo şəhərində böyük Azərbaycan şairi və mütəfəkkiri Seyyid İmadəddin Nəsiminin seçilmiş əsərləri boşnak dilinə tərcümə olunaraq çap edilib. Kitabın tərtibçisi AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur. Ön sözün müəllifi Əlyazmalar İnstitutunun direktoru, akademik Teymur Kərimlidir. İnstitutun Beynəlxalq əlaqələr şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Nigar Babaxanova nəşrin məsləhətçisi, Təhsil şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Tünzalə Seyfullayeva isə korrektorudur. Qeyd edək ki, şairin əsərləri Sarayevo Universitetinin türkoloq-şərqşünasları tərəfindən tərcümə olunub.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
19.11.19 “MƏDƏNİ, TARİXİ DƏYƏRLƏR SİSTEMİNDƏ İNFORMASİYA MƏDƏNİYYƏTİ VƏ KİTABXANALAR” ADLI NƏŞR İŞIQ ÜZÜ GÖRÜB
18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla