MƏŞHUR ŞƏRQ ABİDƏSİ “TUTİNAMƏ” ƏSƏRİ YENİDƏN NƏŞR OLUNUB » Əlyazmalar İnstitutu
(+994) 12 4923197 AMEA M.Füzuli ad. Əlyazmalar İnstitutunun rəsmi saytı
AZ EN



MƏŞHUR ŞƏRQ ABİDƏSİ “TUTİNAMƏ” ƏSƏRİ YENİDƏN NƏŞR OLUNUB

27.03.20. Oxunma sayı: 92 NƏŞRLƏR
XIV əsr müəllifi Ziyaəddin Nəxşəbinin böyük ustalıqla fars dilinə tərcümə etdiyi məşhur “Tutinamə” əsəri AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu tərəfindən yenidən nəşr olunub. Əsəri yeni redaktə ilə fars dilindən Azərbaycan dilinə tərcümə edən institutun aparıcı elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru, dosent Əkrəm Bağırovdur.
İlk dəfə qədim hind dilində yaranmış və dastan-rəvayətlərdən ibarət olan bu əsər Hindistanın Türk-Moğol şahzadələrinin tərbiyəsi üçün nəzərdə tutulmuş və bu gün də öz əxlaqi-didaktik əhəmiyyətini saxlamaqdadır.
Əlyazmalar İnstitutunda mühafizə olunan iki əlyazma nüsxəsi əsasında tərcümə olunan əsərə geniş ön söz və şərhlər yazılıb.
OXŞAR XƏBƏRLƏR:

27.12.19 NƏSİMİSEVƏRLƏRLƏ İLK GÖRÜŞ
18.06.19 Ə.NƏCƏFZADƏNİN “NİZAMİNİN TÜRKLÜYÜ VƏ TÜRKLÜYƏ MÜNASİBƏTİ AZƏRBAYCAN NİZAMİŞÜNASLIĞINDA” MONOQRAFİYASI NƏŞR OLUNUB
21.12.18 FUNDAMENTAL ELMİ BİBLİOQRAFİYA İŞIQ ÜZÜ GÖRÜB
11.05.18 ƏLYAZMALAR İNSTİTUTUNUN ƏMƏKDAŞININ YENİ MONOQRAFİYASI İŞIQ ÜZÜ GÖRÜB
14.03.18 KİTABXANA ETİKASI HAQQINDA KİTAB

© Copyright 2009-, AMEA Məhəmməd Füzuli ad. Əlyazmalar İnstitutu. Bütün hüquqlar qorunur.
Bağla